Xəzər Xəbər

Şimal rayonlarında 28 modul tipli yeni məktəb binası tikiləcək

Cəmiyyət | 12:37 • 16 Noyabr 2017
Şimal rayonlarında 28 modul tipli yeni məktəb binası tikiləcək

Gələn il Azərbaycanın şimal rayonlarında 28 modul tipli məktəb binası tikiləcək.

Hazırda inşası davam edən üç məktəb binası isə 2017-ci ilin sonuna kimi şagirdlərin istifadəsinə veriləcək. Bu modul tipli təhsil ocaqları Xaçmazın Bayoba, Çılğır və Şabranın Hacıqaraqaşlı kəndlərində tikilir.

Əlvan Fətəliyev adına Bayoba kənd tam orta məktəbi üçün inşa olunan tədris ocağı 100 şagird yerlikdir. Tikintisinə oktyabr ayında başlanılan birmərtəbəli tədris ocağının ümumi sahəsi 350 kvadratmetrdir. Məktəb binasında 9 sinif və digər təyinatlı otaqlar var. Modul tipli bina yanğın xəbərdarlıq sistemi, işıq və su təchizatı ilə təmin olunacaq.

Şimal bölgəsində 2017-ci ildə 12 yeni məktəb binası istifadəyə verilib ki, bunlardan da 7-si modul tipli təhsil ocaqlarıdır. (AZƏRTAC)


Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti