Xəzər Xəbər

Bakıda 17 yaşlı oğlanı 7 dəfə səhv əməliyyat etdilər - "Uğursuz əməliyyatların nəticəsi dəhşətlidir"

Cəmiyyət | 11:48 • 16 Noyabr 2017
Bakıda 17 yaşlı oğlanı 7 dəfə səhv əməliyyat etdilər -

Bakıda daha bir şəxs həkimlərin səhvinin qurbanı olub. Belə ki, o, düz 7 dəfə əməliyyat olunub. Əməliyyatların hamısı da səhv aparılıb. Sonradan xəstənin ailəsi tanınmış uşaq cərrahı, uroloq Fuad Hüseynova müraciət edib.17 yaşlı oğlanın problemi cinsiyyət orqanının qüsuru, sidiyə normal getməmə və sidik kisəsindən tüklərin çıxması ilə bağlı olub.

Fuad HüseynovAilem.az-a bildirib ki, hipospadiyanın – anadangəlmə "peyğəmbər sünnəti”nin ən ağır forması ilə doğulmuş uşaq bu yaşına kimi 7 dəfə əməliyyat keçirib: "Sonradan məlum olub ki, əməliyyatların hamısı səhv aparılıb. Uğursuz əməliyyatların nəticəsi dəhşətlidir. Cinsiyyət orqanında ciddi qüsurlar, sidik kanalının tüklərlə dolması, xayaların ortasına açılan dəlikdən oturaraq sidiyə getməsi. Xəstəni müayinə edib, əməliyyata aldıq. Əməliyyat zamanı məlum oldu ki, əvvəlki əməliyyatda başqa cərrah tüklü dəri hissədən sidik kanalı tikib. Əslində isə sünnət dərisinin arxa hissəsindən- selikli qişasından istifadə olunmalı idi. Sidik kanalına uyğun olmayan dəri köçürdülüb və ortaya bərbad vəziyyət çıxıb. Bu xəstədə sünnət dərisi qalmadığı üçünbiz məcbur olub ağız boşluğunun selikli qişasından bir hissə köçürdük. Köçürdüyümüz dərinin tutma ehtimalı az olsa da, pasiyentin şansı var imiş.Dəri özünü tutdu və 6 ay sonra ikinci mərhələəməliyyat həyata keçirərək, digər qüsurlar düzəldiləcək”.

Həkimin sözlərinə görə, ilk əməliyyatlar uğurlu olsaydı,bu qədər fiziki və psixoloji problem yaranmazdı:"Hətta heç əməliyyat etməsəydilər, daha yaxşı olardı. Əgər xəstənin problemi bu əməliyyatla həll olunmasaydı, ömür boyu oturaraq sidiyə gedəcəkdi, gələcəkdə cinsi əlaqəyə girməyi mümkün olmayacaqdı. Bunun nəticəsi isə sonsuzluqdur”.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar