Xəzər Xəbər

Diabet xəstələrinin sayı artır - Azərbaycanda 242 min nəfər qeydiyyatdadır

Cəmiyyət | 14:12 • 15 Noyabr 2017
Diabet xəstələrinin sayı artır -

Noyabrın 15-də Səhiyyə Nazirliyinin təşkilatcılıqı ilə növbəti brifinq keçirilib. Tədbir 14 noyabr-Dünya Diabet Gününə həsr olunub.

Xezerxeber.az məlumat verir ki, tədbirdə Respublika Endokrinoloji Mərkəzin direktor müavini Babık Salek hər il dünyada şəkərli diabet xəstələrinin sayında 15 faiz artım müşahidə olunduğunu bildirib.

Həkim deyib deyib ki, əgər 2015-ci ildə dünyada 242 milyona yaxın diabet xəstəsi var idisə, son hesablamalara əsasən, 2040-cı ildə bu rəqəmin 625 milyona çatacağı ehtimal olunur: "Hazırda Azərbaycanda 242 min diabet xəstəsi qeydiyyatdadır. Bu xəstələrin 1556 uşaqlardır ki, onların 553-ü Bakı sakinidir. Onlar da insulin analoqları ilə təmin olunurlar və 2014-cü ildə 90 uşağa insulin pompası qoyulub. Xəstəliyin yaranma səbəblərinə gəldikdə isə bunlar fastfud, düzgün qidalanmamaq, oturaq həyat tərzi və genetik amillərdir. Genetik amil dedikdə isə buna misal olaraq demək olar ki, şəkər xəstəliyi olan atanın evladında da bu problemə rast gəlmək ehtimalı çox yüksəkdir. Bu xəstəliyi olan hamilələrə gəldikdə isə onların cifti 9 ay nəzarətdə saxlanmalıdır. Bundan əlavə, hamiləlik zamanı şəkər tutan qadınlar da olur. Belə qadınlarda adətən hamiləlikdən sonra şəkərin səviyyəsi stabilləşir. Lakin buna baxmayaraq dünyada hər 7 uşaqdan biri bu cür diabetlə dünyaya gəlir. Xəstəliyin ilkin simptomları həddindən artıq susuzlamaq, tez-tez sidiyə getmək, iştahasızlıq, halsızlıq kimi hallardır. Belə hallarla üzləşdikdə həkimə müraciət etmək mütləqdir. Onu da qeyd edim ki, ölkəmizdə son 9 ayın statistikasına əsasən onu demək olar ki, bu il diabet xəstələrinin sayında 12 faiz artım müşahidə olunur”.

Xəstəliyin növləri barədə məlumat verən həkim bildirib ki, I tip şəkərli diabet əsasən 25-30 yaşa qədər gənclərdə, II tip isə daha yaşlı insanlarda meydana çıxır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti