Qoç-
ətrafınızdakılara qarşı çox tələbkar olmayın. Dilinizi saxlamaq,
birmənalı olmayan situasiyanı zarafata çevirmək elə də çətin deyil,
üstəlik, faydalıdır. Bundan başqa, başınızı qatacaq maraqlı bir iş
tapın, tənbəllik, bekarçılıq sizi bədbinliyə sürüyəcək.
Ailə üzvlərinizin sizin dəstəyinizə və yardımınza ehtiyacı var, amma
onlara qayğı göstərərkən nəzakət qaydalarını aşmayın, çox da canfəşanlıq
etməyin. Xüsusilə yeniyetmələrlə ünsiyyət zamanı bunu unutmayın, onlar
çox hissiyyatlı olurlar. Gərəksiz xərclər mümkündür, dəyərli bir
əşyanızı itirə bilərsiniz.
Buğa- iş üçün bu gün tamamilə yararsızdır. Əgər
təsadüfən işdən yayınıb özünüz üçün istirahət günü təşkil edə bilsəniz, o
zaman vacib işləri bir kənara qoyub məhz istirahət etməyə cəhd
göstərin. Amma işləmək lazımdırsa, o zaman danışıqları təxirə salın.
Nəbadə rəhbərliyin və sizin karyeranızın asılı olduğu insanların gözünə
görünəsiniz.
Yaxınlarınızla dil tapmaq çox çətindir, çünki heç siz özünüz özünüzü
başa düşmürsünüz. Vacib məsələləri müzakirə etməyin. Ümumiyyətlə, bütün
bu cür işləri daha yaxşı vaxta qədər təxirə salın.
Əkizlər- kommersiya fəaliyyəti üçün münasib gündür.
Demək olar ki, bütün sövdələşmələr uğurlu olacaq. Əcnəbilərlə görüşlər
yaxşı keçəcək. Xaricə səfər ümidlərinizi doğruldacaq. Sahibkar
Əkizləröz bizneslərini beynəlxalq miqyasda genişləndirə biləcəklər.
Yaxınlarınızda aranızda gərginlik yaranır. Yerində deyilməyən istənilən
sözdə, zarafatda incimək üçün bir bəhanə tapırsınız. Yaxınlarınızla pul
və ya uzaq gələcək barədə planları müzakirə etməyin, vahid fikrə gələ
bilməyəcəksiniz.
Xərçəng- asan gün deyil, amma siz dözümlüsünüz,
istənilən zərbəyə sinə gərirsiniz, bu səbəbdən də uğurlarınız çoxdur.
Əks cəbhənin dostları sizə öz köməklərini təklif edə bilərlər. Sizə
təklif olunandan yararlanın, amma ehtiyatı əldən verməyin.
İşdə və evdə münaqişələr ola bilər, əsas məsələ odur ki, siz bunları
şişirtməyəsiniz. Xırda alış-veriş, istirahət əhvalınızı yüksəldəcək.
Alkoqoldan imtina edin.
Şir- bu günün əksər hissəsini öz qorxu və
zəifliklərinizi yenməyə sərf edir, bir çox fürsətləri əldən
qaçırırsınız. Bir çox Şirlər bu günü daxili vurnuxma, əzablar,
narahatlıq içində keçirəcəklər. Ən pisi də odur ki, bunların səbəbini də
bilmirsiniz.
Amma hamı bir deyil. Bəzi Şirlərözlərini ələ ala biləcəklər. Onlar üçün
gün yaxşı keçəcək, həm dostları, həm həmkarları və rəhbərlik, həm də
ailə üzvləri ilə yola gedəcəklər.
Qız- zərərli vərdişlərdən imtina etmək məsləhətdir. Qrafikdə dəyişiklik edərək yeni ritmə uyğunlaşmaq gərəkdir.
Təəssüf ki, mənfi tendensiyaların təsirini tamamilə azaltmaq mümkün
deyil. Bu səbəbdən yaxın insanlar arasında mübahisələr yaranır, ailə
münaqişələri aktuallığını qoruyur. Amma bu, o demək deyil ki, dərhal
təslim olmaq lazımdır. Aranızda qara pişik oturubsa, onu qovun,
bir-birinizi itələməyin.
Tərəzi- uğursuz gündür, hər addımda bir problem
yaranır. Rəhbərlik və iş ortaqlarınızla münasibətlər o qədər
qeyri-sabitdir ki, peşəkar gələcəyinizin uğuruna şübhə etməyə
başlayırsınız. Şəxsi simpatiya və antipatiyanız işləri gərəkdiyi qaydada
aparmağınıza mane olur.
Yaxın dostlarınızdan hərəkətlərinizi təqdir etmələrini gözləyirsiniz.
Onların öz rəyi olduğu barədə isə düşünmürsünüz. Nəticədə yeni-yeni
münaqişələr yaranır. Bunların öhdəsindən gəlmək isə asan deyil.
Əqrəb- evdəki problemləri evdə qoyun, bütün
fikrinizi işə yönəldin, o zaman uğurlu ola bilərsiniz. Şəxsi və işgüzar
münasibətləri bir-birinə qatmayın. İşdə məhəbbət macərası nədir, hətta
kiməsə isti nəzərlərlə baxmağı da unudun!
Gərəksiz xərclər mümkündür. Hansısa maliyyə fırıldağında iştirakınıza
görə sonra çox peşman olacaqsınız. Avtomobil almaq və ona minib uzaq
səfərlərə çıxmaq qətiyyən məsləhət deyil. Səfər etmək həvəsiniz
böyükdürsə, dənizdə (çayda, göldə) gəzintiyə çıxın.
Oxatan-aktiv fəaliyyət, məqsədə doğru irəliləmək
üçün uyğun gündür. Yaxşı formadasınız, hətta artan gərginlik də sizi
yormayacaq. İdmanla, fiziki işlə məşğul olmaq, uzaq səfərlərə getmək
olar. şəxsi münasibətlərdə təşəbbüskar olun. Hisslərinizi etiraf edə
bilərsiniz.
Unutmayın, dünyanı əla da olmasa, bir az daha yaxşı edə bilərsiniz. Gün
evinizi abadlaşdırmaq, imicinizi dəyişmək üçün münasibdir.
Oğlaq-günün əksər hissəsi başınız məişət işlərinə,
ailə qayğılarına qarışacaq. Bütün işlərə vicdanla yanaşırsınız. Odur ki,
istənilən problemin həlli adətən olduğundan daha çox vaxt alır.
Müştərək fəaliyyət məsləhət deyil - tez-tez özünüzdən çıxır, insanlara
əsəbləşirsiniz.
Bu gün zədə almaq ehtimalınız böyükdür. Yorucu fiziki işdən, ekstremal
idman növlərindən, uzaq səfərlərdən çəkinmək gərəkdir. Günün ikinci
yarısı sevdiyiniz insanla açıq danışmağa çalışın - müzakirə etməli çox
mövzu var.
Dolça- gün çox şey vəd edir. İşgüzar aktivliyiniz
çox yüksəkdir. Qeyd etmək yerinə düşər ki, Dolçaların çoxu bu gün şəxsi
problemlərinin əlindən baş götürüb işə qaçırlar. Bu səbəbdən işdə böyük
entuziazm göstərməyinizi anlamaq asandır. İri sövdələşmələr bağlamaq
olar.
Daxili narahatlıq, gərginlik və şübhələrin artmasına imkan verməyin. Pis
fikirləri başınızdan qovmaq üçün idmanla, aktiv istirahətlə, açıq
havada fiziki işlə məşğul olun. Səfərlər yaxşı keçəcək.
Balıqlar- qohumlarla ünsiyyət, ailə bağlarının
möhkəmləndirilməsi üçün münasib gündür. Qadınlarla, xüsusən yaşlı
xalalarla söhbət sizə xoş təsir bağışlayacaq. Onların həyat təcrübəsi,
müdrikliyi son günlərin hadisələrinə başqa nöqteyi-nəzərdən yanaşmağa
imkan verəcək.
Günün ikinci yarısı xoş sürprizlər mümkündür. Dostlarınızın kefinə sizə
baş çəkmək düşəcək. Sevgi etirafları eşidə bilərsiniz. Yaxınlarınızla
münasibətləri yalnız sizin zarafatlarınız poza bilər: yumor hissiniz bu
gün bir az kobuddur.
Milli.Az