Xəzər Xəbər

Nibiru tədqiqatçılarından qorxunc proqnoz: Bir həftədən sonra dünyanın dağılması prosesi başlayacaq

Cəmiyyət | 15:12 • 14 Noyabr 2017
Nibiru tədqiqatçılarından qorxunc proqnoz:

Numeroloqların hesablamalarına görə, noyabrın 19-dan etibarən vulkan püskürmələri və zəlzələlərin sayı sürətlə artmağa başlayacaq və bu kataklizmlər dekabrın əvvəllərində dünyanın dağılmasına gətirib çıxaracaq. Onlar təbii fəlakətlərin sayında ehtimal olunan artımı Nibiru planetinin (İks planeti və ya Qara Ulduz da adlandırılır) təsiri ilə izah edirlər.

Nibirunun təsiri barədə yeni proqnozlar ayrıca olaraq İks planetinə həsr edilmiş Planetxnews.com saytında Yer kürəsində vulkan püskürmələrinin sayının kəskin artması barədə xəbərin ardınca gəlib.

Nibiru araşdırmaçılarının sözlərinə görə, kataklizmlərin artması məhz Qara Ulduzun Yer kürəsi ilə qarşılıqlı təsirinin nəticəsidir.

Nibiru planetini araşdıran yazıçı Terral Kroft "Exspress” qəzetinə müsahibəsində bildirib ki, "qlobal vulkanik aktivliyin pik nöqtəsi noyabrın son iki həftəsinə təsadüf edəcək və dekabrın əvvəllərinə qədər sürəcək”. O həmçinin qlobal kataklizmin dəqiq tarixini də açıqlayıb: 19 noyabr 2017-ci il. Onun izahına görə, məhz həmin tarixdə Yer kürəsi Nibiru planetinə nəzərən Günəşin arxasından keçəcək.

Tədqiqatçıların bildirdiyinə görə, Nibiru qəhvəyi rəngli cırtdan, yarımulduz obyektdir. Yarandığı zaman ulduza, yəni ayrıca günəşə də çevrilə bilərdi, amma proses başa çatmayıb.

NASA isə Nibirunu mistik, uydurulmuş obyekt hesab edir və bildirir ki, belə bir planetin mövcudluğu barədə heç bir dəlil-sübut yoxdur. (Bizimyol.biz)

Xəbər lenti