Qoç- Çox əlverişli gündür. Ondan ciddi, vacib və faydalı iş üçün istifadə etmək yaxşı olardı. Dostlarınızdan alacağınız maraqlı informasiya sizi maraqlı fikirlərə sövq edə bilər. Dünyanın o başına və ya yaxınlıqdakı parka getməyinizdən asılı olmayaraq, bu gün planlaşdırılan səfərlər yaxşı keçəcək.Yaradıcılıq potensialı yüksəkdir. Onun layiqincə tətbiqini tapmaq lazımdır. Özünüzü ənənəvi işlər, adi məsələlərin həlli ilə məhdudlaşdırmayın, yeni üfüqlər açın.
Buğa- Çətin gün olacaq. Çətin məsələləri həll
etməlisiniz. Özünüz də ehtimal edirsiniz ki, bu məsələlərin doğru cavabı
mövcud deyil. Ailə üzvləri ilə mübahisələr mümkündür. Diskussiyaları
konstruktiv məcrada saxlamaq, şəxsiyyətə keçməmək heç cür alınmır. Bəzən
özünüzü təmkinli və nəzakətli aparmağa çalışsanız da, daha çox
emosiyalarınızı büruzə verirsiniz.
Dostlarla istirahət ümidlərinizi doğrultmayacaq. Köhnə incikliklər sevdiyiniz şəxslə münasibətlərdə harmoniyaya mane olacaq.
Əkizlər- Bir qədər gözləmək lazımdır: yeni
başlanğıclar, cəsur eksperimentlər və yaradıcılıq axtarışları üçün
əlverişli vaxt bir qədər sonra başlayacaq. Hələlik isə fikrinizi
darıxdırıcı, bununla belə, diqqət tələb edən cari işlərə yönəldin.
İstənilən sənədin rəsmiləşdirilməsində, hesabatların hazırlanmasında
səliqə lazımdır. İstənilən ehtiyatsızlıq pis hadisələrə yol aça bilər.
Yaxınlarınızla dil tapmaq asan olmayacaq: onların susqun narazılığını,
sizin plan və ideyalarınızla razılaşmamalarını hiss edəcəksiniz. İndi
əsas məsələ incikliklərdən yayınmaqdır. Bütün mübahisəli məsələləri
sonra həll etmək mümkün olacaq.
Xərçəng- Bu gün asan olmayacaq. Böyük ümidlər
bəslədiyiniz planı həyata keçirmək mümkün olmayacaq. Üstəlik, dərhal
həllini tələb edən yeni məsələlər ortaya çıxacaq. Bəzən vəziyyət, demək
olar ki, ümidsiz təsir bağışlayacaq. Ümidsizlikdən yalnız təbii
nikbinliklə xilas olmaq mümkündür.
Nasazlıqlar mümkündür. Özü də əhvalınız güc və enerjiyə ehtiyacınız
olduğu vaxtda pisləşəcək. Ciddi fiziki yük, yorucu idman faydalı deyil.
Aromaterapiya, spa prosedurları və masaj seansları isə xeyirlidir.
Şir- Uğursuzluqlar vaxtı gəldi. Bu gün işləriniz gətirməyəcək. Bürcün nümayəndələri çətin vəziyyətlərə düşəcək, aşılmaz çətinliklərlə qarşılaşacaqlar. Özü də köməyə heç kim tələsməyəcək. Nədənsə hamıya elə gəlir ki, siz problemlərin öhdəsindən təkbaşına gəlməyə üstünlük verirsiniz.Nə işdə, nə də evdə dərindən nəfəs almaq mümkün olacaq. Yaxınlarınız sizə bütün sualların cavabını bilən adam kimi baxırlar: heç kim sizə şübhələnmək, tərəddüd etmək hüququ vermir. Başqalarının məsuliyyətini öz üzərinizə götürməli olacaqsınız.
Qız- Siz çox şeyə qadirsiniz və maraqlı imkanları
əldən buraxmırsınız. Ona görə də gün həddindən artıq məhsuldar olacaq.
Danışıqlara çəkinmədən gedin: ünsiyyətdə olacağınız adam nə qədər
hörmətli olsa, bir o qədər yaxşıdır.
Bu gün sizin üçün dəyərli olan insanlaçox şey barədə danışa bilərsiniz.
Yəqin ki, onun sizi nə qədər yaxşı başa düşdüyünü anlayacaqsınız. Həlli
mümkün görünməyən bir çox problemlərin öhdəsindən gələcəksiniz.
Tərəzi- Həm uğurlu, həm də maraqlı gündür. Üstəlik, o, romantik tonlarla bəzənə bilər. Bəzən işləriniz gətirəcək, bəzən isə fenomenal şəkildə gətirəcək. Sanki heç nə etməyə ehtiyac yoxdur: həyat onsuz da sizə rifah gətirəcək.Sizin şən və nikbin ovqatınız mənfi xarici təsirlərdən qoruyan qalxana çevriləcək. Bir çox Tərəzilər bu gün sərfəli sövdələşmələrə gedəcək, maraqlı iş təklifləri alacaqlar.
Əqrəb- Bu gün peşə sahəsindəki çətinliklərlə yadda qalacaq. Xüsusilə, rəhbərliklə ciddi fikir ayrılıqları yarana bilər. Siz bundan sonra nə etmək - kompromis, yoxsa yeni iş yeri axtarmaq barədə düşünməyə başlayacaqsınız. Hansı qərarı qəbul etməyinizdən asılı olmayaraq şübhə etməyin ki, bundan sonra hər şey yaxşılığa doğru dəyişəcək.Səfərlər pis keçməyəcək. Qeyri-adi və maraqlı insanlarla tanışlıq mümkündür. Qarşılıqlı rəğbət yaranacaq. Amma çətin ki, bu, ciddi hisslərin başlanğıcı ola. Bir az pul gəliri ola bilər.
Oxatan- Sizi çox çətin gün gözləyir. Yalnız öz
gücünüzə arxalanmalısınız. Düzdür, köməkçiləriniz var, amma daim onlara
təkan vermək, nəzarət etmək lazım gəlir. Ona görə də kifayət qədər tez
bir zamanda bu nəticəyə gələcəksiniz ki, ən asanı və tezi hər şeyi
özünüzün etməyinizdir. Səfərlərdə ehtiyatlı olun. Səfərlər gözlədiyiniz
kimi keçməsə, təəccüblənməyin.
Günün ikinci yarısında planlarınızı dəyişməyə, əvvəlcədən təyin olunmuş
hansısa görüşlərdən imtinaya vadar edəcək nasazlıqlar mümkündür.
Oğlaq- Bu gün diqqəti şəxsi işlərinizə yönəltmək
kifayət qədər çətin olacaq: sizi tez-tez yayındıracaq və boş şeylərə
görə təngə gətirəcəklər. Çoxdan əməkdaşlıq etdiyiniz adamlarla küsüşə
bilərsiniz. Çünki üst-üstə yığılan xırda fikir ayrılıqları kritik
səviyyəyə çatacaq. Hələlik baş verənlər bir stəkanda fırtınadır. Amma
təmkin nümayiş etdirməsəniz, əsl problemlər yarana bilər.
Sevdiyiniz insan sizin bir çox şübhə və həyəcanlarınızı anlamır, sizi
sakitləşdirməyə çalışır. Amma əbəs yerə. Özünüz vəziyyətdən baş
çıxarmasanız, mənəvi tarazlığa bel bağlamağa dəyməz.
Dolça- Uzun müddət və ciddi-cəhdlə qurduğunuz
planların reallaşması üçün əlverişli məqam yetişdi. Sizə heç nə mane ola
bilməz - nə hadisələrin əlverişsiz inkişafı, nə müttəfiqinizin səhvi,
nə də bədxahınızın fitnəsi. Çətin maliyyə və mülkiyyət məsələlərinin
nizamlanması mümkün olacaq.
Bu gün səyahət və istirahətin planlaşdırılması, bilet və göndəriş
(putyovka) alınması, təşkilati məsələlərin həlli üçün çox münasibdir.
Maliyyə mənzərəsi o qədər də xoşagələn deyil. Amma narahatlıq üçün ciddi
əsas yoxdur.
Balıqlar- Əvvəllər başladığınız işləri sakitcə başa
çatdırmaq, son vaxtlar küsdüyünüz adamlarla münasibət qurmağa imkan
verən əlverişli gündür. Ailədəki fikir ayrılıqlarına son qoymaq olar.
Amma bunun üçün ona cavab qaytarılmasını sevməyən adamla üz-üzə gəlməli
olacaqsınız.Bazarlıq üçün yaxşı gündür. Kosmetika, parfümeriya və
qeyri-adi geyim almaq daha yaxşı olar. Gözəllik salonuna baş çəkmək də
sevinc bəxş edəcək. İmiciniz üzərində eksperimentlər uğurlu olacaq. Bu
işlərlə günün birinci yarısında məşğul olun ki, günün ikinci yarısında
sizi xoşunuza gələn adamla ünsiyyətdən heç nə yayındırmasın.
Milli.Az