Xəzər Xəbər

Bakıda 8 bal gücündə zəlzələ ola bilər ŞOK PROQNOZ

Cəmiyyət | 09:51 • 14 Noyabr 2017
Bakıda 8 bal gücündə zəlzələ ola bilər

Uzaq məsafələrdə yerləşən ölkələrdə baş vermiş zəlzələlərin biri-biri ilə heç bir əlaqəsi olmur.

XəzərXəbər xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya və geodinamika şöbəsinin müdiri Tahir Məmmədli deyib.

Şöbə müdirinin sözlərinə görə, zəlzələlərin biri digərinə o zaman təsir edə bilər ki, yaxında yerləşən güclü ocaq zonasında kifayət qədər enerji toplansın:

"Təsir nəticəsində yaxınlıqdakı ocaq oyana və zəlzələ ola bilər. Yaponiya və İran müxtəlif strukturlarda yerləşirlər. Orada zəlzələlər həmin ərazidəki tektonik proseslər nəticəsində baş verir. Uzaq ölkələrdədəki zəlzələlərin bir-biri ilə heç bir əlaqəsi yoxdur”.

Tahir Məmmədli bildirib ki, hər gün dünyada 10 minlərlə zəif və orta güclü zəlzələ baş verir:

"Təbii ki, güclü zəlzələlər də olur. Onların hamısını nəzərə almırıq. Məsələn, Amerikada, Yaponiyada olan zəlzələni biz niyə düşünək? Yer kürəsində müxtəlif bölgələr dayanmadan deformasiyaya uğrayır və güclü zəlzələrə gətirib çıxarır. Təkanlar enerjinin toplanması sürətindən və yerindən asılı olaraq bir-birindən fərqli gücdə və fəqli zamanlarda baş verir”.

Şöbə müdiri qeyd edib ki, Abşeron ətrafında güclü zəlzələ ocağı var:

"Nə vaxtsa orada Bakıya təsir edəcək 8 bal gücündə zəlzələ ola bilər”.

Qeyd edək ki, dünən axşam saatlarında İraqın Süleymaniyyə şəhərində 7,2 bal, İranda isə 7,3 bal gücündə qeydə alınan dəhşətli zəlzələdə dağıntılar baş verib, çoxlu sayda ölən və xəsarət alanlar var. Eyni zamanda bu gün səhər Yaponiyanın Xonsyu adasında, eləcə də Kosta-Rika sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti