Xəzər Xəbər

Bakıda xarici qonaqlara xüsusi taksilər xidmət göstərəcək “Airporttaxi”

Cəmiyyət | 17:20 • 23 Oktyabr 2017
Bakıda xarici qonaqlara xüsusi taksilər xidmət göstərəcək

Hazırda bu istiqamətdə "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə işlər aparılır.

Heydər Əliyev Beynəlxalq Aeroportunda xarici qonaqlara,eləcə də ölkə vətəndaşlarına göstərilən taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə yaxın gələcəkdə "Airporttaxi” fəaliyyətə başlayacaq.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda konsepsiyası hazırlanan bu xidmət Bakının cəlbedici turizm mərkəzlərindən birinə çevrilməsi, çoxsaylı turist axınını və şəhər barədə ilk təsəvvürün məhz hava limanından yaranmasına dəstək üçün yaradılacaq. Paytaxtımız üçün yenilik olacaq bu xidmət çərçivəsində hava limanında xidmət edəcək taksilərə və onların sürücülərinə dair xüsusi tələblər də müəyyən edilib. Hazırda bu istiqamətdə "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə işlər aparılır.

Qeyd edək ki, 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində sərnişindaşıma xidmətinin təşkili və idarəolunması üzrə inkişafa nail olub. İctimai fikrin öyrənilməsi üzrə obyektiv təhlillər aparan Milli Sorğu Mərkəzinin (www.sorgu.az) bu mövzuda apardığı sorğunun nəticələri də göstərib ki, ictimaiyyət Bakı Nəqliyyat Agentliyinin fəaliyyətindən məmnundur. Sorğuda iştirak edən 20 655 nəfərin 72%-i Agentliyin işindən razı olduğunu ifadə edib./AzNews.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti