Qoç
-yeni biliklər və məlumatlar əldə etmək üçün münasib zamandır. Nikbin
olun. Təcrübənizi artırın. Maliyyə məsələlərinin çözülməsində ehtiyatlı
olun. Gərəkli informasiyanın olmaması itkilər və ya zərərə səbəb ola
bilər.
Avantüralara qatılmayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə maraqlarınızı nəyin bahasına
olursa-olsun, təmin etməyə çalışmayın. Axşam saatlarını istirahətə,
sevdiyiniz insanla ünsiyyətə həsr edin. Rasionunuza fikir verin.
Buğa
- günün ilk yarısında müsbət təmayüllərin təsiri güclü olacaq. Vaxt pis
keçmir. Bir sıra məsələlərin həllinin öhdəsindən asanlıqla
gələcəksiniz. Ən çətin problemlərin çözülməsi zamanı standart
düşünməyin. Yaxın ətrafınızdakı insanları yeni ideyalar və dəqiq
müşahidələrlə təəccübləndirə bilərsiniz. Maraqlı işgüzar təklif
alacaqsınız. Həmin təklifi qəbul etsəniz, gəlirləriniz əhəmiyyətli
dərəcədə artacaq.
Günün ikinci yarısında görüləsi işlər çox olsa da, dəyər verdiyiniz
insanlarla ünsiyyət üçün vaxt tapın. Emosiyalarınıza hakim olun.
Əkizlər
-məqsədlərin seçimi və planların hazırlanmasına diqqətlə yanaşsanız,
gün uğurlu olacaq. Ciddi çalışın. Xırdalıqlara və detallara başdansovdu
yanaşmayın. Gərəkli nəticənin əldə olunması üçün çox işləməli
olacaqsınız. Rəğbət bəsləmədiyiniz insana yardım üçün müraciət etmək
məcburiyyətində qalacaqsınız. Bir zamanlar sizə yardım etmiş insanlar
günün ikinci yarısında əməlini xatırladacaqlar.
Axşam saatlarına yaxın səhhətinizdə kiçik problemlər yarana bilər. Zökəm və soyuqdəymə riski var.
Xərçəng -
hadisələrin axarı sakitlik və təmkin tələb edir. Yeni məlumatlar əldə
edin, maraqlandığınız predmetlə bağlı informasiya toplayın. Dedi-qodu
etməyin, qeybətə varmayın. Başqasını müzakirə edəndə sərt danışmayın.
Günün ikinci yarısı səyahət və ya uzaq səfərlər üçün deyil. Yolda
xoşagəlməz hadisə baş verə bilər. Anlaşılmazlığın münaqişəyə
çevrilməsinə imkan verməyin. Axşam saatlarını dostlarla keçirin. Uzun
münasibətlər qura biləcəyiniz insanla qarşılaşa bilərsiniz.
Şir
- qarşınızda böyük perspektivlər var. Başqalarının görə bilmədikləri və
imtina etdikləri işi yerinə yetirərək başa vura bilərsiniz. Yeni
layihəni, alınan sifarişi və ya tapşırığı təhlil edin. Gərəkli
avadanlığı alın, ya da hazırlayın.
Ehtiyac yaranarsa, məsləhət üçün təcrübəli insanlara müraciət edin.
Günün ikinci yarısında alış-verişdə dürüst seçim edin, qənaətli davranın.
Axşam saatlarında gəzintidə xeyir var. Yaxşı istirahət edin.
Qız
- yaxşı ideyalarınız pis deyil. Məqsədə çatmaq üçün başqalarının
təcrübəsindən yararlana bilərsiniz. Uğurlar gözləntilərinizdən də artıq
olacaq. Qəfil təkliflər və dəvətlər istisna deyil.
İndiyədək sizdən uzaq durmağa çalışan, görüş və söhbətlərdən yayınan
insanlar günün ikinci yarısında əlaqə yaratmağa çalışacaqlar.
Şəxsi münasibətlər üçün əlverişli zamandır. Sevdiyiniz insan
müttəfiqiniz olacaq. Axşam saatlarında yeni tanışlıqlar istisna deyil.
Təmaslar çox dinamik inkişaf edəcək.
Tərəzi
- adi günlərdən fərqli olaraq fikir ayrılıqları və mübahisələr çoxdur.
Situasiya günün ilk yarısında bəzi aktual məsələlərin həllində
çətinliklər yaradacaq. Ev işləri və ailə qayğıları diqqəti cəmləməyə
mane olacaq. Peşəkar fəaliyyət müstəvisindəki maneələri aradan qaldırın.
Günün ikinci yarısında işdə rəhbərliyin kəskin narazılığına səbəb olmayın.
İşlərinizə qarışan və belə müdaxilələri normal sayan adamın cavabı sərt olmalıdır.
Mühüm məsələləri həll etmək üçün yaxşı zaman deyil. Dil tapmaq asan
deyil. Münaqişə riski artır. Emosiyaların təsiri altında düşünülməmiş
addımlar atmayın. Belədə dəyər verdiyiniz nəsnə puç ola bilər.