Xəzər Xəbər

Bakı Dövlət Sirki mövsümün açılışına hazırlaşır

Cəmiyyət | 15:44 • 20 Oktyabr 2017
Bakı Dövlət Sirki mövsümün açılışına hazırlaşır

Bakı Dövlət Sirki yeni mövsümü noyabrın 9-da "Ağ pələnglər attraksionu” sirk-şousu ilə açacaq.

Tamaşaçıları həmişə yeniliklərlə, qeyri-adi nömrələrlə sevindirən Bakı Dövlət Sirki bu dəfə də ənənəsinə sadiq qalıb. Proqrama ağ pələnglər, qeyri-adi illüziya, "İriston” cigitlər qrupu, əhliləşdirilmiş itlər, hava gimnastları, unikal yelləncəkdə akrobatlar, həlqələrlə rəqs, jonqlyor, şən kloun və digər nömrələr daxildir.

Biletləri sirkin kassalarından əldə etmək olar./Azərtac

Xəbər lenti