Qoç - təşəbbüskar olun. İntensiv
fəaliyyət ritminə alışın. Süst və ətalətli davransanız, ciddi
problemlərlə üzləşə bilərsiniz. Darıxmayın. Bəzi işlər sizdə sönük və
boz təsir yaratsa da, onları qulaqardına vurmayın.
Günün ikinci yarısında işlər istədiyiniz sürətdə olmayacaq. Cari
layihələrdə və sifarişlərdə müəyyən gecikmələr, ləngimələr ola bilər.
Hadisələrin axarı maraqlı deyil.
Şəxsi münasibətləri ön plana çıxarmayın. Hisslərin torundan qurtulun.
Buğa - tələsik, düşünülməmiş qərarlar qəbul etməyin. Günün ilk
yarısında hadisələr sürətlə inkişaf edəcək. Fikirləşmək,
düşünüb-daşınmaq üçün vaxt azdır. Lakin saatlar keçdikcə belə taktikadan
imtina edin, çünki mütləq şəkildə səhvlərə və yanlışlıqlara yol
verəcəksiniz.
Günün ikinci yarısını nisbətən sakit keçirin, usandırıcı və yorucu
olmayan işlərlə məşğul olun. Qüvvələrinizi bərpa etmək gərəkdir.
Xoşagəlməz insanlarla görüşləri ertələyin. Bu gün hisslərinizi gizlətmək
asan deyil.
Əkizlər - emosiyalarınıza hakim olun. "Hirsli başda ağıl olmaz"
deyimini xatırlayın və ən çətin işlərin çözümünün soyuqqanlı davranışda
olduğunu bilin. Məntiqiniz emosiyalara uduzmamalıdır.
Yaxın ətrafınızdakı insanlarla təmaslarda mübahisə etməyin. Neytral
davranın. Yeni tərəfdaşlarla təmaslarda diqqətli olun. Mühüm
informasiyanı qaçırmayın.
Sevdiyiniz insanla söhbət zamanı pərdələnmiş ifadələrə tapınmayın.
Xərçəng - problemlərin həllinə yaradıcı yanaşsanız, sürətlə
irəliləyəcəksiniz. Məqsədləri yeniləyin, hədəfləri təftiş edin. Bilik və
bacarıqlarınızdan maksimum dərəcədə istifadə etsəniz,
tərəfdaşlarınızda, həmkarlarınızda rəğbət hissi güclənəcək.
Günün ikinci yarısında diqqətli olmasanız, bir sıra imkanları əldən
verəcəksiniz. Köhnə, kəsilmiş münasibətləri bərpa etməyə çalışmayın.
Əlavə gəlir mənbəyi arayın.
Şir - maraqlı və əlverişli gündür. Böyük uğurlara nail ola
bilərsiniz. Başladığınız işlər maraqlı təsir bağışlayır. Onları yarımçıq
qoymayın, bitirin. Peşəkar fəaliyyət müstəvisində çox maraqlı təkliflər
ala bilərsiniz. İşgüzar həyatınızı dəyişə biləcək qərarların qəbulu
istisna deyil.
Günün ikinci yarısında stabillik bərqərar olacaq. Bu, sizi
sevindirməlidir. Yaşananlar planlarınızın reallaşmasını daha da
sürətləndirə bilər.
Qiymətli hədiyyələr və gəlirlər istisna deyil.
Qız - gün ərzində yaşanacaq hadisələri dürüst qiymətləndirin. Bədbin
olmayın, hər şeyin pis olduğunu düşünməyin. Nəticələr çıxarmağa
tələsməyin. Yaranmış situasiyanı sakit, təmkinlə təhlil edin. Durumda
mütləq şəkildə xoş yönlər var.
Mühüm sənədlərin imzalanması, bahalı əşyaların alınması və ya satılması üçün əlverişli gün deyil.
Günün ikinci yarısında ünsiyyət çətinləşəcək. Yaxın ətrafınızdakı
insanlar sizi fikrini tez-tez dəyişən insan sayacaqlar. Qərar və
əməllərinizdə ardıcıl olun.
Yaxşı tanımadığınız insanlarla təmaslardan imtina edin.
Tərəzi - planlarda və artıq nizama saldığınızı düşündüyünüz işlərdə
dəyişikliklər ola bilər. Vəziyyətdə maraqlı olan yeni şəxslər peyda
olacaq. Şərait yenilənir. Danışıq, görüş, müzakirə, hüquqi məsələlərin
həlli üçün əlverişli zamandır.
Günün ikinci yarısında yeni sifariş ola bilər.
Yaxınlarınızın problemlərindən hali olun. Dəyər verdiyiniz insanlarla çox sərt danışmayın.
Əqrəb - işinizə məsuliyyətlə yanaşın. Cari məsələlərin həlli əlahiddə
zəhmət və çox vaxt tələb etmir. Ətrafınızdakı hadisələrin mahiyyətini
anlamağa çalışın. Bəzi nüanslar xüsusi diqqət tələb edir.
Günün ikinci yarısında vaxt sürətlə keçəcək. İkinci dərəcəli məsələlərə
fikir verməyin. Onları təxirə salmaq da olar. Şəxsi münasibətlərdə ciddi
problemlər olmayacaq. Yaxın gələcəklə bağlı perspektivlər maraqlıdır.
Təklif və vədləri real dəyərləndirin.
Oxatan - intensiv intellektual və fiziki əməklə məşğul olmayın. Rutin
öhdəlikləri yerinə yetirin. Yaxın gələcəklə bağlı planları bir daha
dəqiqləşdirin.
İntuisiyanız sizi aldatmayacaq.
Günün ikinci yarısında işdə rəhbərlik sizə əlavə tapşırıq verəcək. Ən
xırda detallar barədə informasiya əldə etmədən işə başlamayın.
Tapşırığın korrekt yerinə yetirilməsi üçün müstəqil işləyin.
Yaxınlarınızla münasibətlərdə etimad və qarşılıqlı anlayış xüsusi əhəmiyyət kəsb edir.
Oğlaq - şəxsi münasibətləri işgüzar maraqlardan üstün tutmayın. Ruh
yüksəliyi ilə çalışın, hədəflərə və məqsədlərə çatmaq üçün bütün zəruri
vasitələrdən istifadə edin.
Bəzi işlərin öhdəsindən asanlıqla gələcəksiniz.
Günün ikinci yarısında bilik və bacarıqlarınızdan yararlanın. Kənardan
məsləhətlərə, yardımlara ehtiyacınız yoxdur. Dəyər verdiyiniz insanla
təmaslarda məsafə saxlamağa çalışmayın. Sevdiyiniz insanın hissləri ilə
oynamayın.
Dolça - çox ciddi irəliləyişlərə nail ola biləcəyinizi düşünməyin.
Realist olun, imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. İndiyədək
əldə etdiyiniz nəticələrə diqqətlə nəzər salın, yanlışlıqların
fəsadlarını aradan qaldırın.
Günün ikinci yarısında yaradıcılıq potensialınız artacaq. Ətrafınızdakı
insanların rəğbətini qazanmaq üçün yeni layihəni reallaşdırmağa
başlayın.
Özünüzü həddən artıq yormayın.
Axşam saatlarında qıcıq və yorğunluq istisna deyil. Yaxınlarınızla təmaslarda qarşı tərəfin mövqelərini nəzərə alın.
Balıqlar - qüvvənizə və potensialınıza şübhə etməyin. İradəli
olsanız, qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Karyeranızı
düşünün. Problemlərin həllinə yaradıcı yanaşın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların dəstəyinə ehtiyac
duyacaqsınız. Ağır işin öhdəsindən təkbaşına gələ bilmirsinizsə,
dostlardan yardım istəməkdən çəkinməyin.
Axşam saatlarını dəyər verdiyiniz insana ayırın.
Milli.Az