Xəzər Xəbər

ABŞ alimləri insanın ürək xəstəliklərindən ölüm riskini müəyyən ediblər

Cəmiyyət | 17:46 • 18 Oktyabr 2017
ABŞ alimləri insanın ürək xəstəliklərindən ölüm riskini müəyyən ediblər

Bir çox kliniki tədqiqatlar sağlamlıq vəziyyətinin dəyişikliyini proqnozlaşdırmağa imkan verir. Bir müddət öncə ABŞ-ın Cons Hopkins Universitetinin alimləri insanın ürək xəstəliklərindən ölüm riskini müəyyən ediblər.


AZƏRTAC nanonewsnet.ru saytına istinadla xəbər verir ki, tədqiqatların nəticələri "JAMA Cardiology və European Heart Journal”da dərc olunub. Hazırlanmış test yalnız insanı qəfil ölümün gözlədiyini xəbər vermir, həm də onun qarşısını almağa (məsələn, öncədən müalicəyə başlamaqla) imkan verir. Alimlərin araşdırmalarına görə, insanda mitoxondrial DNT-nin surəti nə qədər az olarsa, ürək xəstəliklərindən ölüm riski o qədər yüksək olur.

Xəbər lenti