Xəzər Xəbər

Bu günün havasından xəbəriniz olsun!

Cəmiyyət | 09:55 • 18 Oktyabr 2017
Bu günün havasından xəbəriniz olsun!

Oktyabrın 18-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər verilən məlumata görə, havanın temperaturunun gecə 9-12° isti, gündüz 16-20° isti, Bakıda gecə 10-12°, gündüz 18-20° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Xəbər lenti