Xəzər Xəbər

Valideyn və müəllimlərin DİQQƏTİNƏ!

Cəmiyyət | 16:53 • 17 Oktyabr 2017
Valideyn və müəllimlərin

Oktyabrın 20-də paytaxtın Yasamal, Səbail və Qaradağ rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) XəzərXəbər-ə bildiriblər ki, səyyar qəbul 18 nömrəli tam orta məktəbdə saat 10.00-da başlanacaq.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Xəbər lenti