Xəzər Xəbər

Bakı metrosunda “Qarabağ” səfərbərliyi

Cəmiyyət | 17:50 • 16 Oktyabr 2017
Bakı metrosunda

Oktyabrın 18-də Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək.

Bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ”-"Atletiko Madrid” oyunu ilə əlaqədar təkcə, "Koroğlu” metrostansiyası deyil, digər stansiyalarda da gücləndirilmiş iş rejimi tətbiq ediləcək.

"Koroğlu” metro stansiyasında sərnişin axınına nəzarət etmək üçün müxtəlif tədbirlər görüləcək. Şəraitə uyğun olaraq stansiyaya giriş-çıxışların yerləri dəyişdirilə bilər. Sərnişinlərin təhlükəsiz daşınması üçün bütün zəruri tədbirlər görüləcək. Bunun üçün əlavə mexanizm, canlı qüvvə və eyni zamanda ehtiyat qatarlar cəlb olunacaq. Oyun keçirilən gün saat 18:00-dan etibarən sərnişin axını tam nəzarətdə olacaq”.

N.Paşayev onu da vurğulayıb ki, Bakı Metropoliteni” oyundan çıxan bütün sərnişinləri qəbul etmək iqtidarındadır.

"Sərnişin çox olarsa, axın nizamlanacaq və sərnişinlər müəyyən gözləmələrlə stansiyaya qəbul ediləcək. Bakıda keçirilən mötəbər idman oyunlarında da bu tətbiq edilib”./publika.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti