Xəzər Xəbər

"Buta Airways" sərnişinlərə müraciət etdi

Cəmiyyət | 11:59 • 16 Oktyabr 2017
"Buta Airways" sərnişinlərə müraciət etdi

"Buta Airways” sərnişinlərə müraciət edib.

XəzərXəbər aviaşirkətə istinadla xəbər verir ki, oktyabrın 29-dan etibarən "Buta Airways”in bütün uçuşları "Terminal 2”, "Şimal” girişindən həyata keçiriləcək.

Məlumat verilib ki, bu tədbir reyslərin optimallaşdırılması və sərnişinlərin gediş-gəlişinin rahatlığı üçün görülür.

Qeyd edək ki, "Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. 2016-cı ilin dekabrında əsası qoyulub. Aviaşirkətinin donanması müasir "Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və sentyabrın 1-dən uçuşlarına start verib.

Xəbər lenti