Qoç - Səhər saatlarından etibarən əhvalınız pisləşməsin. Bədbinliyə
qapılmayın. Ötən günlərdə yaşanan hadisələr indiki proseslərə bilavasitə
təsir edir.
Günün ikinci yarısında hansısa işə həddən artıq vaxt və qüvvə sərf
etsəniz, yaşam tonusu səviyyəsinin aşağı düşməsi qaçılmazdır. Pozitiv
olun, kiçik problemləri böyütməyin. Yaxınlarınızla ünsiyyətdə səmimi
olun. Aqressiv davranmayın.
Buğa - Fəaliyyətinizdə harmoniyaya nail olun. Təfərrüatlarına bələd
olmadığınız, detallarını dəqiqləşdirmədiyiniz işə başlamayın. Belədə,
yarıyolda zəiflədiyinizi, imkanlarınızın tükəndiyini hiss edə
bilərsiniz.
Başladığınız işi bitirin.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə sərinləşməyə imkan verməyin. Emosional olmayın.
Yaxın ətrafınızdakı insanların dediklərinə aqressiv münasibət bəsləməyin.
Əkizlər - Adi, yeknəsəq günlərdən biridir. Hisslərə yox, məntiqə
əsaslanaraq hərəkət edin. Belədə, fəaliyyətinizdə və dəyər verdiyiniz
insanlarla münasibətlərdə xoşagəlməz sürprizlərlə qarşılaşmayacaqsınız.
Günün ikinci yarısında qəfil istəklər, çılğın ideyalar istisna deyil.
Yeni layihəni və ya istəyi reallaşdırmaq fikrinə düşməzdən əvvəl
motivləri ayırd etməyə can atın.
Axşam saatlarında ailə üzvləri və qohumlarla münasibətləri intensivləşdirin. Xoş emosiyalı anlar olacaq.
Xərçəng - Ətrafınızda baş verən hadisələrə təkan verən səbəbləri
aydınlaşdırın. Şəxsi münasibətlər, istəklər və arzularla yanaşı,
tərəfdaşlarla şəriklərin planları da önəmlidir. Çalışdığınız kollektivdə
mübahisə etməsəniz, hər şey yaxşı olacaq.
Günün ikinci yarısında əhvalınızda ciddi dəyişikliklər olacaq. Ani
çətinliklər sizdə durğunluq yaratmasın. Şübhələr planların
gerçəkləşdirilməsinə mane ola bilər.
Axşam saatlarında normal istirahət edin.
Şir - Mühüm qərarlar üçün yaxşı gündür. Tələsməyin, yaxşıca düşünüb
qərar verin. Yaşamınızın sahibi ola bilərsiniz. Peşəkar mövqelərinizi
səbatlaşdırın.
İşlə bağlı yeni münasibətlərin başlanması, sərfəli əməkdaşlıq istisna deyil.
Günün ikinci yarısında sizi xoş sürpriz gözləyir. Qəfil hədiyyə, dəvət və ya romantik görüş ola bilər.
Səfər və ya səyahəti planlaşdıra bilərsiniz. Yaşam arealının dəyişdirilməsi faydalıdır, əhval-ruhiyyənizi yaxşılaşdıra bilər.
Yaşam potensialı səviyyəsi yüksəkdir.
Qız - Kiçik problemlərin çözülməsi, cari məsələlərin həlli üçün
uğurlu gündür. Ciddi və ağır işlərə başlamayın. Səhv etmədən onları başa
vurmaq asan deyil. Təmaslarda diqqətli, sərrast olun. Yeni tanışlıq,
nüfuzlu insanın dəstəyi və ya yardımı istisna deyil.
İşdə rəhbərliklə problemləri müzakirə etmək, yeni layihəni nəzərdən keçirmək olar.
Günün ikinci yarısı bilik, informasiya bazasını genişləndirmək, yeni
təcrübə əldə etmək üçün əlverişlidir. Alınmış məlumatların mübadiləsində
xeyir var. Mühüm qərarlar qəbul etməyə tələsməyin.
Şəxsi münasibətlərdə diqqətli və həssas olun. İndi emosiyaların təsiri altında yanlış addım ata bilərsiniz.
Tərəzi - Şəraitin formalaşdırdığı məqamlardan yararlanın. Hər
olaydan xeyir tapmaq olar. Yeni tərəfdaşlarla işgüzar əməkdaşlığa
başlamağın zamanıdır.
İşinizdə faydalı ola biləcək praktik məlumat və bilgilər əldə edin.
Sənədləşdirmə, icazə və rüsxətlərin alınması, məmurlarla görüş, sizin
üçün mühüm məsələlərin həllinin asılı olduğu adamlarla danışıqlar üçün
yaxşı zamandır. Dostlar sizi xoş xəbərlərlə sevindirəcəklər.
Yaxınlarınızda sizin üçün maraqlı xəbərlər var.
Əqrəb - Maraqlı tanışlıqlar vəd edən gündür. Diqqətə layiq olan
insanlar sizinlə maraqlanacaqlar. İstənilən görüş yaxşı keçəcək. İşgüzar
fəaliyyət və maliyyə ilə bağlı məsələləri qeyri-formal şəraitdə
müzakirə etmək olar. Kommersiya fəaliyyəti gəlir verəcək.
Köhnə dostları yada salın. Onlardan birində faydalı məlumat və ya maraqlı təklif ola bilər.
Günün ikinci yarısında alış-veriş etmək olar.
İdmanla məşğul olmağı unutmayın.
Aktiv və gümrah olmağa çalışın.
Oxatan - Səhər saatlarında alacağınız məlumat və gələcək
informasiyanı dəqiqləşdirin. İlkin təəssüratlar hansısa olay və ya
konkret şəxs barədə fikir yürütmək üçün yetərli deyil.
Təmkinli olun, soyuqqanlı davranın.
Günün ikinci yarısında cari problemlərin çözülməsi ilə məşğul olun.
İllüziyalara qapılmayın, boş vədlərə aldanmayın. Mümkün uğursuzluq
qorxusu əlinizi işdən soyutmamalıdır.
Yaxınlarınızı anlamağa meylli olun.
Oğlaq - Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi
gərginləşdirməyin. Səmimi, anlayışlı insan təsiri bağışlayın. Həmkarlar,
tərəfdaşlar, müştərilər və iş yoldaşları ilə təmaslarda praqmat olun.
Rəqiblərin sizi üstələməsinə imkan verməyin.
Günün ikinci yarısında qəfil hücuma məruz qala bilərsiniz. Aqressiyanın
qarşısını dərhal alın. Amma bunu düşünülmüş şəkildə edin. Sevdiyiniz
insanla ünsiyyətdə köhnə umu-küsünü xatırlamayın, müzakirə etməyin.
Dolça - Çətin, qarışıq, xaosu xatırladan gündür. Əsla gözləmədiyiniz
hadisələr baş verəcək. Hadisələrin məcrası nəzərdə tutmadığınız
istiqamətə yönələ bilər. Nəzərdə tutduğunuz planları reallaşdırmaq üçün
var qüvvənizlə çalışın.
Gününi ikinci yarısında əvvəlki səhvlərin fəsadlarını, yanlışlıqların
nəticələrini aradan qaldırın. Texniki nasazlıq əlavə zəhmət tələb edir.
Həmkarlarla anlaşılmazlıqları çözün.
Dəyər verdiyiniz insanla münasibətlərdə qarşılıqlı etimad xüsusi əhəmiyyət kəsb edir.
Balıqlar - Tənbəl, astagəl, ətalətli olmayın. Diqqətiniz dağınıq
olmasın. İlk baxışdan əhəmiyyətsiz təsir bağışlayan məsələlərin əslində
ciddi əhəmiyyəti var.
Boş müzakirələr, mənasız söhbətlərdən uzaq olun.
Günün ikinci yarısında ən mühüm problemlərin həllinə başlayın. İkinci dərəcəli məsələləri müvəqqəti olaraq təxirə salın.
Danışmaqla bahəm, qulaq asmağı da bacarsanız, yaxşıdır./milli.az