Xəzər Xəbər

Azərbaycanda unikal əməliyyat - hemodializ xəstəsinə böyrək köçürüldü

Cəmiyyət | 10:41 • 16 Oktyabr 2017
Azərbaycanda unikal əməliyyat -

Azərbaycanda daha bir unikal əməliyyat həyata keçirilib. Əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində "Böyrək Xəstəlikləri və Transplantasiya” Mərkəzində icra olunub.

Dəfələrlə uğursuz əməliyyatlar keçirən 47 yaşlı Ağa Bağırova texniki cəhətdən çox mürəkkəb olsa da, yaxın qohumunun böyrəyi köçürülüb.

Bu barədə Modern.az-a əməliyyatı icra edən Mərkəzin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolan və transplant-nefroloq Orxan Quliyev məlumat verib:

"Xəstə uzun illərin hemodializ xəstəsi idi və böyrək transplantasiyası üçün müraciət etdiyi bütün mərkəzlərdə xəstədən imtina etmişdilər. Əməliyyatın mürəkkəbliyi də məhz xəstənin dəfələrcə uğursuz əməliyyat keçirməsində idi. Komandamızla bərabər bu əməliyyatı da uğurla icra etdik və hazırda xəstənin vəziyyəti yaxşıdır, heç bir fəsad yaşanmamışdır”.

Xəbər lenti