Xəzər Xəbər

Qripə yoluxmaq istəmirsinizsə, bu meyvədən çox yeyin

Cəmiyyət | 12:45 • 11 Oktyabr 2017
Qripə yoluxmaq istəmirsinizsə, bu meyvədən çox yeyin
Soyuq ayların gəlməsi ilə bəzi meyvələrin də mövsümü başlayır. Xüsusilə də uşaqların ən çox sevdiyi naringinin yetişmə zamanıdır.

Hətta dükan, bazarlarda artıq naringiyə rast gəlmək mümkündür. Bir çox xroniki sağlamlıq problemlərinin müalicəsi üçün lazımlı olan naringinin faydaları saymaqla bitməz. Bol C və A vitamini ilə döş xərçənginin qarşısını alan naringi gözəllik məsələsində də qadınların ən böyük dostudur.

XəzərXəbər Ailem.az-a istinadən sizə naringinin inanılmaz faydaları ilə bağlı məlumat verir.

- Naringinin tərkibində ən çox C vitamini var, amma A, B, B1, B2, B3, B6 vitaminləri ilə də zəngindir. Həmçinin naringi karbohidrat, kalsium, yağ, lif, potasium, sodium, dəmir, maqnezium, fosfor, brom və xüsusilə şəkər baxımından da zəngindir.
- Soyuq aylarda qrip, öskürək kimi soyuqdəymə xəstəliklərinin sağalmasına faydası var.
- Qanı təmizləyir
- Ürək və damar xəstəliklərinə qarşı qoruyucudur
- Xolesterolu və yüksək təzyiqi aşağı salmağa köpmək edir
- Sinirləri sakitləşdirir
- İmmuniteti gücləndirir
- Tərkibindəki C vitamini sayəsində döş, ağciyər, sütun xərçənglərinin qarşısını alır
- Piylənmə riskini azaldır
- Sağlam dəri toxumalarının formalaşmasına yardım edir. Tərkibindəki təbii antioksidantlar sayəsində dərini canlandırır.
- Kollagen prosesini sürətləndirən naringi, dəridəki qırışları aparır və dərinin daha gec yaşlanmasını təmin edir.
- Sızanaq problemi yaşayanlar üçün A vitamini sayəsində dəri xəstəliklərində müalicəedici effekt verir.
- Saçlarda ağarmanın qarşısını alan naringi, eyni zamanda, cansız saçları gücləndirərək, tez bir zamanda uzanmasına yardım edir.
- Yeməkdən 1-2 saat sonra yeyilən naringi yuxusuzluq problemi yaşayanlar üçün də faydalıdır.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
543 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti