Xəzər Xəbər

"Uşaqlarda beyinə niyə su yığılır və necə davranmalı?" İZAH

Cəmiyyət | 12:43 • 11 Oktyabr 2017
"Uşaqlarda beyinə niyə su yığılır və necə davranmalı?"

Onun sözlərinə görə, bu xəstəlikdən əziyyət çəkən uşaqlarda beyin mədəciklərinin ölçüsü böyüyür, beyində likvirin həcmi artır:

"Likvr - beyin mədəciyində hazırlanan beynin normal fəaliyyəti üçün vacib olan şəffaf suya oxşayan mayedir. Likvr daimi hazırlanır və öz-özünə geri sorulur.
Likvin geri sorulma prosesi pozulduqda su beyin mədəciklərində yığılmağa başlayır bu zaman hidrosefaliya əmələ gəlir. Kəllədaxili təzyiq yüksəlir.

Hidrosefaliyanın inkişaf etmə səbəbləri - BDİ yalar sitomeqlavirus, toksoplazmoz.

Hamiləliyi planlaşdıran hər bir qadın əvvəl bütün müayinələrdən keçməli, lazım gəlsə, müalicə olunmalıdır. Gələcəkdə doğulan uşaq problemli olmasın".

Hidrosefaliyanin simtomlarına diqqət çəkən pediatr onun əlamətlərini sadalayıb:

"Baş çevrəsinin sürətlə böyüməsi, böyük əmgəyin qabarıq və gərgin olmasıdır. Bundan başqa normadan böyük əmgək 1 yaş - 1 yaş yarım arası bağlanır. Amma hidrosefaliyada 3 yaşa kimi açıq qalır.
Kəllə sümükləri nazilir, alin hissəsi qeyri-proporsional və qabarıq olur. Uşağın alnında və üzündə damar toru əmələ gəlir. Bu xəstəlik də uşağın psixi motor inkişafını ləngidir. Uşaq ayına uyğun başını düz saxlamır, oturmur, durmur, yerimir, çox passiv olur. Tez-tez səbəbsiz ağlayır. Bəzən uşaqlarda qıcolmalar da baş verir. Əgər şübhə olsa, valideynlər tez həkimə müraciət etsinlər.

Uşaqda hidrosefaliya olarsa, ürək bulanma davamlı olur. Baş ağrıları, qusma - səhər axşam saatlarında baş verir.
Hidrosefaliyanın baş beynin qüsurları və şişləri simtomu da ola bilər. Belə hallar baş verdikdə təcili nevroluqa müraciət edilməlidir.

Valideynlər vaxtında üstünə düşməsələr, təkrarlanan qusma və görmənin pozulması baş verə bilər.

Bu xəstəliyi dəqiqləşdirmək üçün Neyrosanaqrafiya MRT(Maqnit rezanos tamaqramma) vasitəsilə ilk diaqnoz qoyula bilər. Əgər şübhə yaranarsa, təsdiq üçün MRT - yə göndərilir. MRT hidrosefaliyanın diaqnozunda qızıl standart diaqnoz sayılır.

Onun müalicəsinə gəlincə,bu xəstəliyi daşıyan uşaq mütləq nevroloq müayinəsilə yanaşı neyrocərrahın müayinəsindən keçməlidir:

Hidrosefaliyanın müalicəsi cərrahi üsulla aparılır. Nə qədər tez vaxtında aparılsa, uşaqda patalogiya olmaz. Gecikmiş hallarda bərpa etmək mümkün olmur".

milli.az

Xəbər lenti