Xəzər Xəbər

Həcc ziyarətinə gedənlərə "hacı" deyilməsi vacibdir?

Cəmiyyət | 15:31 • 10 Oktyabr 2017
Həcc ziyarətinə gedənlərə

Vaxtilə insanlar Həcc, Kərbəla və digər müqəddəs ziyarətlərə çox böyük zəhmətlə gedirdilər. Səfərləri 6 ay, hətta bir ilə kimi çəkirdi. Qayıtdıqdan sonra isanlar onlara böyük həvəslə hacı, kərbəla, məşhədi deyirdilər".

Bunu "Report"a adların qarşısında hacı, məşhədi kimi titulların yazılmasına münasibətini açıqlayan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva və moizə şöbəsinin mütəxəssisi Ağasəid Yaqubov danışıb.

A.Yaqubovun fikrincə, müəyyən pillələri keçib müxtəlif adlara layiq görülən insanlar kimi o zamanın ziyarətə gedənləri də bunun üçün əziyyət çəkirdilər: "Biri əziyyət çəkir elm öyrənir, pofessor adını alır, ona deyirlər. Bir insan müəllim, biri alim statusunu alır. Hərbi sahədə əziyyət çəkənlər rütbə alır, general olur və s. Belə adlar ona görə verilir ki, bu insanlar adları almaq üçün əziyyət çəkirlər. Böyük İslam alimlərindən də belə adlar götürənlər olub. Məsələn, böyük şəxsiyyətlər doğulduqları yerlə öyünürdülər və adlarının qarşısında doğma məkanın adını yazırdılar. Adlarının qarşısında İrəvani yazılan böyük şəxsiyyətlərimizdən bu gün də Nəcəf şəhərində böyük elmi mərkəzlərdə çalışanlar var".

A.Yaqubov hesab edir ki, müqəddəs torpaqları ziyarət edən insanlar da adlarının qarşısında həmin məkanların qeyd olunmasından fərəh hissi keçirirlər.

O xatırladıb ki, hacı sözü Azərbaycanın rəsmi sənədlərində yazılmır, insanlar arasında hörmət əlaməti olaraq müraciətdə işlədilir: "Yalnız Səudiyyə Ərəbistanından bizə kvota veriləndə deyirlər ki, bu qədər sayda hacı gətirə bilərsiniz. Bizdə isə bu müraciət forması şifahi şəkildə işlədilir. Elə insan var ki, Həccə getdiyini gizli saxlayır və heç kim də ona hacı demir. Eləsi var ki, onun getdiyini bilirlər və ona o formada müraciət edirlər. İnsanlara hacı deyilib-deyilməməsinə, adının qarşısında yazılıb-yazılmamasına biz hökm verə bilmərik. Həcc ziyarətinə könüllü şəkildə gedilir və müraciət məsələsi də könüllüdür. Hacı şəklində müraciət edilməsi o baxımdan yaxşıdır ki, ətrafda hamı bu insanın Həcc vacibatını artıq yerinə yetirdiyini bilir".

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti