Xəzər Xəbər

Bal yarmarkası açıldı - Qiymətlər 20-25 manat arasındadır

Cəmiyyət | 14:12 • 10 Oktyabr 2017
Bal yarmarkası açıldı -

Oktyabrın 10-da Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılıb.

Bu gün keçirilən sayca 18-ci bal yarmarkasında 333 arıçı öz məhsulunu satışa çıxarıb, bu isə ötən ildəkindən 78 nəfər çoxdur. Satışa 333 arıçı 107 min 500 kiloqram bal çıxarıb.

Bu sözləri Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasının açılış mərasimində nazirliyin aparat rəhbəri İlham Bayramov deyib.

Onun sözlərinə görə, yarmarkaya təqdim olunan ballar üzərində Respublika Baytarlıq Laboratoriyasında 3367 analiz aparılıb. Keyfiyyət göstəriciləri normaya uyğun olmayan 509 nümunə satışdan çıxarılıb.

Bu il ilk dəfə tətbiq edilən yenilikdən söz açan nazirliyin rəsmisi qeyd edib ki, satış pavilyonunda mini laboratoriya təşkil olunub. Yəni, həmin laboratoriyaya müraciət edərək, alıcı balın keyfiyyətini yoxlada bilər. Bu proses alıcıya 5-10 manata başa gələcək”.

Kənd Təsərrüfatı Nazirliyinin yarmarkanı təşkil etməkdə məqsədi arıçıların əlavə xərc çəkmədən məhsullarını bir məkanda daha çox alıcıya təklif edə bilməsidir. Bunu nəzərə alaraq, yarmarkaya çıxarılan balın 1 kilosunun qiyməti təxminən 20-25 manat arasındadır.

Xəbər lenti