Xəzər Xəbər

Pensiyaçıların sayı artıb

Cəmiyyət | 10:34 • 10 Oktyabr 2017
Pensiyaçıların sayı artıb

Azərbaycanda pensiyaçıların sayı artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, ölkəmizdə əmək pensiyaçılarının sayı 1 oktyabr 2017-ci il tarixinə cari ilin əvvəli ilə müqayisədə 14 771 nəfər və ya 1,1 faiz artaraq (o cümlədən yaşa görə 7043 nəfər, ailə başçısını itirməyə görə 1418 nəfər, əlilliyə görə isə 6310 nəfər) 1 milyon 330 min nəfər təşkil edib.

Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən, 2017-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 12,4 faizlik artım tətbiq olunmaqla bu sosial ödənişlərin növbəti dəfə artırılması təmin edilib.

Ümumilikdə, cari ildə də pensiyalarda artım dinamikası davam edib və əmək pensiyalarının orta aylıq məbləği 2017-ci il 01 oktyabr tarixinə 204 manata çatıb. O cümlədən, ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 226,7 manata çatmaqla əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 43,6 faiz olub ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə cavab verir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti