Xəzər Xəbər

Sürücülərin DİQQƏTİNƏ! Binəqədi şosesi təmirə bağlanır

Cəmiyyət | 15:42 • 9 Oktyabr 2017
Sürücülərin DİQQƏTİNƏ!

Binəqədi şosesində yaxın günlərdə "Azəravtoyol” ASC tərəfindən əsaslı şəkildə təmir işlərinə start veriləcək.

XəzərXəbər "Azəravtoyol”a istinadən xəbər verir ki, hazırda yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan aidiyyəti qurumlar tərəfindən aparılan işlər yekunlaşmaq üzrədir.

Binəqədi şosesində yenidən qurma işləri 2 mərhələdə aparılır. Birinci mərhələdə şose boyu bütün yeraltı kommunikasiya xətləri yenisi ilə əvəz olunub, bəziləri yoldan kənarlaşdırılıb. İntensiv yağışlar zamanı yolun su ilə dolmasını qarşısını almaq məqsədi ilə yol boyu yeni 2,8 km uzunluğunda yağış kollektoru inşa edilib. Hal-hazırda aidiyyəti qurum ətrafda yaşayan əhali tərəfindən, həmçinin sənaye və iaşə obyektlərindən yola doğru axıdılan məişət-çirkab sularının qarşısını almaq məqsədi ilə işlər aparır. Yaxın günlərdə bu işlər də tam olaraq yekunlaşdırılacaq.

Bundan sonra ikinci mərhələ çərçivəsində "Azəravtoyol” ASC tərəfindən yolun əsaslı şəkildə təmirinə başlanılacaq. Belə ki, 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq yol boyu avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə yeni "cib”li dayanacaqlar, həmçinin avtomobillərin müvəqqəti dayanması üçün kiçik parkinq yerləri yaradılacaq, yeni işıq dirəkləri quraşdırılacaq, həmçinin vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətinin təşkili üçün yeni piyada səkiləri inşa ediləcək. Bir sözlə yolda tam müasir yol infrastrukturu yaradılacaq.


Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
413 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti