Xəzər Xəbər

Daşıyıcılar qarşısında gediş haqqının kartla ödənilməsi üçün tələblər qoyuldu AÇIQLAMA

Cəmiyyət | 14:14 • 9 Oktyabr 2017
Daşıyıcılar qarşısında gediş haqqının kartla ödənilməsi üçün tələblər qoyuldu

Paytaxtda sərnişin daşıyıcılarının kart sisteminə keçməsi üçün daşıyıcılar qarşısında tələb qoyulub. Bu barədə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

M. Ağayev bildirib ki, sərnişindaşımada gediş haqqının kart sistemi ilə həyata keçirilməsi üçün ilk növbədə marşurutlar üzrə xidmət göstərən avtobuslar əsaslı təmir edilməli, marşurut üzrə fəaliyyət göstərəcək avtobus parkı yenilənməlidir.

M. Ağayev hazırda bir sıra xətlərdə kart sisteminin tətbiqinə avtobusların texniki nasazlığının imkan vermədiyini söyləyib: "Son illər bu istiqamətdə nəzərəçarpacaq dəyişiklik oldu. 1000 avtobus əsaslı təmir olunub ki, onun 700-ü son bir ilin payına düşür. Hazırda 19 xətt üzrə478 avtobusda gediş haqqı kartla ödənilir. Bu rəqəmin artırılması üçün avtobusların əsaslı təmir olunması, eləcədə avtobus parkının yenilənməsi ilə bağlıdaşıyıcılar qarşısında tələb irəli sürmüşük. Bu gün avtobusların bəzilərinin salonundakı oturacaqlar çıxardılıb, texniki baxımdan tələblərə cavab vermir. Belə avtobuslarda kart sisteminin tətbiqi mümkün deyil. Ona görə də, daşıyıcılar qarşısında avtobus parkının yenilənməsi və əsaslı təmiri ilə bağlı tələblər qoymuşuq”.

Qeyd edək ki, hazırda paytaxtda 2100 avtobus müxtəlif marşurutlar üzrə fəaliyyət göstərir. Hələki onlardan 478-də gediş haqqının kartla ödənilməsi təmin edilib. /Movqe.az

Xəbər lenti