Xəzər Xəbər

Sükanı necə tutmağınız xarakterinizi müəyyənləşdirir FOTO

Cəmiyyət | 13:58 • 9 Oktyabr 2017
Sükanı necə tutmağınız xarakterinizi müəyyənləşdirir

Maşının sükanını tutmaq formasından asılı olaraq sürücünün xarakterini müəyyən etmək mümkündür.

Bu haqda feysbukdakı avtotemir.az səhifəsində maraqlı material dərc olunub. Səhifə sükanı 8 fərqli formada tutan sürücülərin xarakterini araşdırıb. Həmin xüsusiyyətləri təqdim edirik:

Bilirsinizmi, maşını idarə etmək formamız bizim xasiyyətimizdən xəbər verir. Bəs siz hansı formadan istifadə edirsiniz?

Sükan arxasında əllərimizi necə yerləşdiririksə, deməli bu, xarakterimiz haqqında nəsə deyir.

1. Əgər sürücü maşını belə idarə edirsə, deməli o, nizam-intizamlı, soyuqqanlı və özünə əmin adamdır. Sakit və yolda danışmağı sevməyən insandır. Lazım olan yerə çatdırar, lakin yol boyu özünüzü tək başına əyləndirməli olacaqsınız.

2. Sürücü özünə çox da əmin deyil və hər zaman onu gözləyə biləcək təhlükələr barədə düşünür. Adətən bu cür hal bədənin irəli əyilməsi və yolda xaotik manevrlərlə müşahidə olunur. Ən yaxşısı bu cür insanı söhbət və məsləhətlərlə yayındırmayın, bunun sonu yaxşı olmaya bilər.

3. Sürücü məqsədinin nə olduğunu bilir. O şən və nəzakətlidir. Avtomobili asan və rahat idarə edir, həmçinin sərnişinlərlə söhbət etməyə etiraz etməz, lakin yolda baş verən dəyişikliklərə vaxtında reaksiya verir. Bu sürücü ilə getdiyiniz yol şən və təhlükəsiz keçəcək.

4. Əllərin bu cür yerləşməsi tərslik və düşünülməmiş cəsurluqdan xəbər verir. Yolda bu tip insanlar bütün yol verməyən sürücülərə şərh verməyi sevirlər, döngələrdə səhvlərə yol verir və çox zaman öndə hərəkət edənin dalınca düşüb onu yoldan kənarlaşdırmağı özlərinə borc bilirlər. Beləsinə irad tutmaq əhəmiyyətsizdir, ən yaxşısı yan keçməkdir.

5. Bu idarə etmə üsulu pessimist insanlar üçün səciyyəvidir. Yolda həmsöhbətdən çox dinləyiciyə ehtiyacı var.

6. Özünə inanan sürücüyə xas duruşdur. İnsan özünə və təcrübəsinə əmindir. Yolda risk etmir, amma həddən artıq sığortalanmır da. Yol problemsiz olanda söhbət edə bilər, amma anında yol hadisələrinə reaksiya verir və hər şey geridə qaldıqdan sonra gülümsəyərək baş verənləri şərh edir.

7. Sürücü uzun müddət ciddi qalmaqdan çətinlik çəkən xəyalpərəst insandır. Yol ərzində bəzən həmsöhbətinə tərəf dönərək, bəzən də əl jestləri ilə işarələr edərək danışacaq.

8. Bu cür insanlar əsəbi insanlardır. Onlar hər zaman özlərini hər kəsdən haqlı bilir və yolda avtomobili saxlayıb narahatçılıqlarına səbəb olan "günahkara” pəncərədən qışqırmaq şansını əldən verməzlər.

Faktxəbər

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti