Xəzər Xəbər

2050-ci ilə kimi 10 milyon insan ölə bilər - Həkimlərdən xəbərdarlıq

Cəmiyyət | 14:06 • 6 Oktyabr 2017
2050-ci ilə kimi 10 milyon insan ölə bilər -

"Qısa müddətdə qarşısını almasaq, 2050-ci ildə 10 milyon insan antibiotikdən istifadə etdiyinə görə öləcək”.


Türkiyənin Kadıköy ərazisində ”Antibiotikdən istifadə” adlı keçirilən dəyirmi masada Türk Klinikası Mikrobioloji ve İnfeksiya Xəstəlikləri Dərnəyinin antibiotik çalışma qrupunun üzvü professor həkim Özləm Kürt Azap deyib. Onun sözlərinə görə, hazırda ən çox antibiotikdən istifadə edən ölkə Türkiyədir. İclasda iştirak edən həkimlər vəziyyətin belə olacağı təqdirdə 2050-ci ilə qədər ölənlərin sayında kəskin artım müşahidə olunacağından narahatdırlar.


Toplantıda mütəxəssislər, nazirliklərin də işin ciddiliyindən xəbərdar olduqlarını vurğulayıblar.


"Əvvəllər yalnız xəstəxanalar çarə axtarırdılarsa, hazırda nazirliklər də qabaqlayıcı tədbirlər görməyə başlayıb”, - deyə toplantıda qeyd olunub. İştirakçılar tərəfindən təxmin edilib ki, tədbirlər görülməsə məsələ daha qorxunc hala gələcək.


Məlumat üçün bildirək ki, bakteriyaların törətdiyi xəstəliyi sağaltmaq üçün istifadə olunan dərmanlar arasında birinci sırada olan antibiotiklərdən 1940-cı ildən etibarən istifadə edilir. (Medicina.az)

Xəbər lenti