Qoç - əvvəlki günün ruhu və təmayülləri davam edir. Lakin keçmişin energetikasından qurtulun.
Sürətlə aktivləşən və planlaşdırılmamış şəkildə məğzini dəyişə biləcək ünsürü kontrolda saxlayın.
Yaşam arealınızda, işgüzar münasibətlərinizdə qayda yaradın.
Həmkarlar və ailə üzvləri ilə münaqişələrə rəvac verməyin.
Yaranan ideyalar toplusundan birini, ən vacibini, sərfəli və maraqlısını seçin. Bir mövzunun çərçivəsində qalmayın, hadisələrin ritminə uyğun hərəkət edin.
Buğa - nevroz, əsəbi gündür. Daxili narahatlıq, gərginlik hiss
edəcəksiniz. Hisslərə qapılmayın, emosional olmayın. Düşünülməmiş
qərarlar verməyin. Nəzərdə tutduğunuz işləri kənardan yardım gözləmədən
həyata keçirin.
Yaxşı tanımadığınız insanlara bel bağlamayın.
Günün ikinci yarısında rutin məsələlərin həlli sizi qıcıqlandırmamalıdır.
Axşam saatlarında əhvalınız yaxşılaşacaq.
Əkizlər - maraqlarınızı reallaşdırmağa çalışın. Süst və ətalətli
olsanız, mühüm məqamı əldən buraxa bilərsiniz. Çoxdan bəri
gerçəkləşdirmək istədiyiniz plan çərçivəsində konkret addımlar atmaq
üçün şans yaranıb.
Böyük ümid və gözləntiləriniz olduğu məsələdə, layihədə və ya işdə baş
verənləri diqqətlə izləyin. Kimsə yaşamınıza müdaxilə etməyə çalışır.
Belə siqnalları gözdən qaçırmayın. Hətta ən qəribə və qeyri-adi
hadisələrin səbəblərini anlamağa can atın.
Xərçəng - səhər saatları yeni işə başlamaq üçün münasib zaman deyil.
Yarımçıq qalmış işi tamamlayın. Diqqətiniz dağınıq olmamalıdır. Ən adi
məsələlərin həllində aciz qalmayın. Yalnız özünüzə güvənin.
Günün ikinci yarısında bəzi problemlərin çözümündə həmkarların
təcrübəsindən yararlana bilərsiniz. Tələbatınızı təmin etmək üçün zəruri
addımları atın.
Axşam saatlarında qonaq getmək, yaxud maraqlı məkanlardan birinə baş çəkmək olar.
Şir - ən aktual məsələlərin həllinə başlaya bilərsiniz. Saatlar
keçdikcə enerjiniz azalacaq. Bu səbəbdən imkanlarınızdan maksimum
istifadə edin. Az qala dahiyanə saydığınız ideyalar, əslində,
illüziyalardır. Xəyallara qapılaraq yanlış addımlar atmayın.
Günün ikinci yarısında pərişanlığa düçar olmamaq üçün çevik və aktiv olun. Məsuliyyətin etirafından qorxmayın.
Axşam saatlarında tərəfdaşlar və ya dostlarla ünsiyyət alınmaya bilər. Maliyyə məsələləri ön plana çıxacaq.
Qız - günün ilk yarısı uğurlu zamandır. Planlarınızı reallaşdırın.
Hadisələrin axarına təsir imkanlarınız var. Niyyət və istəklərinizin
məcmusunu bir daha dəyərləndirin.
Günün ikinci yarısında ideyalarınız nə qədər cazibədar da olsa,
məsləhətləşməyi unutmayın. Ailə üzvləri və qohumlarla ünsiyyətdə
aqressivliyə yol verməyin. Əks təqdirdə münaqişə, qarşılıqlı inciklik
yarana bilər.
Axşam saatlarını evdən kənarda keçirin, istirahət edin.
Tərəzi - səhər saatlarından etibarən əhvalınız yaxşı olacaq. Hər şeyə
rəğmən, nikbin davranın. Hadisələrin məcrası pozitiv deyil. Ruhdan
düşməyin, bədbinliyə qapılmayın.
Günün ikinci yarısında yeni şərtlər və qəfil hadisə bəzi planlarda
dəyişiklikləri qaçılmaz edəcək. Cari problemlərin həlli üçün istirahəti,
əyləncəni unudun.
Axşam saatlarını ailə üzvlərinizə həsr edin.
Əqrəb - məsuliyyətli və genişmiqyaslı layihənin icrasına başlamaq
olar. Əvvəllər başladığınız işləri, təbii ki, başa vurmağı unutmayın.
Diqqətli olun, ətrafınızda baş verən hadisələri izləyin.
Günün ikinci yarısında məqsədə çatmaq üçün ən optimal yolu seçin. Problemlərin effektiv həll yollarını arayın.
Çətinliklərin öhdəsindən kreativ, qeyri-trivial yolla gələ bilərsiniz.
Axşam saatlarında dostlarınızın, dəyər verdiyiniz insanların qayğısına qalın.
Oxatan - bildiyiniz kimi hərəkət edin. Kənar məsləhətlərə çox aludə
olmayın. Bununla belə, situasiyanın tələblərini, günün şərtlərini nəzərə
alın. Sizə dəyər verən insanlarla qaba davranmayın.
Günün ikinci yarısında qarşılıqlı sayğı və anlaşma varsa, komanda
fəaliyyəti əla nəticə verəcək. Yaşlı qohumlardan birinin sözlərindən
faydalanmaq zamanıdır.
Axşam saatları üçün nəzərdə tutduğunuz görüş sizdən asılı olmayan səbəblərə görə təxirə salına bilər.
Oğlaq - eyni vaxtda bir neçə mühüm mövzuda və ya istiqamətdə
yeniliklər yaşana bilər. Planlar dəyişə bilər. Yaxın ətrafınızdakı
insanlara qıcıqlanmayın. Səbrli olun, təmkinli davranın.
Bu gün təşkilatçılıq bacarığınızın olub-olmadığı bilinəcək. Həddən artıq
narahatlıq nümayiş etdirməyin. İşdə və ailədə maksimal tələbkarlıq
göstərməyin, xırdaçılığa varmayın. Əks təqdirdə münaqişə qaçılmazdır.
Cari işlərlə məşğul olun və hadisələrin intensivləşməsindən gərəkli nəticələr çıxarın.
Axşam saatlarında maraqlı ünsiyyət məsləhətdir.
Dolça - rahat və adi günlərdən biri deyil. Bəzi nüanslar sizi
saatlarla gərginlikdə saxlayacaq. Çevik və mütəhərrik olun. Yaranan
problemləri ən qısa zamanda çözməyə can atın.
Günün ikinci yarısında işgüzar təmasları aktivləşdirin. Karyeranız
həmkarlarınız və tərəfdaşlarınızın sizə münasibətlərindən əhəmiyyətli
dərəcədə asılı olmamalıdır. İşdə rəhbərliklə, həmkarlarla rəvan
münasibətləri qoruyun.
Axşam saatlarında normal istirahət edin. Əyləncəyə yollana bilərsiniz.
Balıqlar - günün ilk yarısında qarşınızda duran məqsədlərə çatmaq
üçün aktiv çalışın. Fəal olun, süstlük etməyin. Eyni zamanda,
tələskənlik də yaramaz. Düşünülmüş qərarlar verin.
Günün ikinci yarısında aramla irəliləyiş sürətli sıçrayışlarla
müqayisədə daha yaxşı nəticələr verəcək. İşdə rəhbərliklə danışmaq üçün
münasib zamandır. Yaxın ətrafınızdakı anlaşılmazlığı aradan qaldırın.
Qarşılıqlı güzəştlər və qayğı daha yaxşı sonuclar verəcək.
Milli.Az