Xəzər Xəbər

Sürücülərin DİQQƏTİNƏ! Bu yollar gecə bağlı olacaq

Cəmiyyət | 10:01 • 6 Oktyabr 2017
Sürücülərin DİQQƏTİNƏ!

Bu gecə Niyazi küçəsində və Neftçilər prospektində rənglənmə işləri aparılacaq.

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən XəzərXəbər-ə verilən məlumata görə, bu gün axşam saat 22:00-dan etibarən Səbail rayonu, Niyazi küçəsində, həmçinin Neftçilər prospektinin Azneft dairəsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində yeni üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Rubrikanın digər xəbərləri

Xəbər lenti