Xəzər Xəbər

2000 sürücü səs siqnallarına görə cəzalanıb

Cəmiyyət | 10:45 • 5 Oktyabr 2017
2000 sürücü səs siqnallarına görə cəzalanıb

"Lüzumsuz olaraq səs siqnallarından istifadəyə görə, 2000-dən artıq sürücü məsuliyyətə cəlb edilib”.

Bu barədə Modern.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, sürücülər biraz sıxlıq yaranan kimi səs siqnallarından istifadə edirlər.

"Onlar elə bilir ki, lüzumsuz olaraq səs siqnalından istifadə etməklə yolları tıxaclardan azad edəcəklər. Bu çox yanlış düşüncədir, onlar bununla həm ətrafdakıları narahat edir, həm də belə hal aşkarlandıqda yol polisi tərəfindən məsuliyyətə cəlb edilib”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə tələblərinə uyğun olaraq işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə 30 manat cərimə nəzərdə tutulur.

V.Əsədovun sözlərinə görə, bu il ərzində çoxavazlı, yüksək tonlu, səsi artırıb azaldan səs siqnallarının avtomobillərə quraşdırılması və istismar edilməsinə görə 500-dən artıq sürücü məsuliyyətə cəlb edilib”.

V.Əsədov onu da deyib ki, mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə 300-dən artıq avtomobil cərimə meydançasına yerləşdirilib, sürücü isə qanun qarşısında cavab verib.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
517 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti