Xəzər Xəbər

Şərurda su-kanalizasiya sistemləri yenidən qurulur

Cəmiyyət | 15:34 • 4 Oktyabr 2017
Şərurda su-kanalizasiya sistemləri yenidən qurulur

Muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunda əhalinin təmiz və keyfiyyətli içməli su ilə təmin olunması, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlər davam etdirilir.

Hazırda Şərur şəhərində "Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi həyata keçirilir.

Əhalini fasiləsiz içməli su ilə təmin etmək məqsədilə rayonda ümumi tutumu 27 min 500 kub olan 3 anbar da tikilib, mövcud qalereyanın təmiri, yeni infrastrukturların, siyirtmə kamerasının tikintisi başa çatdırılıb. Bundan başqa, qalereyadan anbarlara qədər 1,5 kilometr uzunluğunda boru xətti, buradan Şərur şəhərinədək 9 kilometr əsas aparıcı boru xətti çəkilib. Layihə çərçivəsində 58 kilometrdən artıq müxtəlif diametrli paylayıcı su xətləri, buna paralel olaraq kanalizasiya sistemləri hazır vəziyyətə gətirilib. Evlərə birləşdirici xətlərin çəkilişi aparılıb.

Layihə çərçivəsində Şərur rayonunda bu günədək, ümumilikdə, 58 kilometr su xətti, 20 kilometrdən çox kanalizasiya xətti çəkilib, 1030 ev su xəttinə, 207 ev isə kanalizasiya şəbəkəsinə qoşulub.

Su və kanalizasiya şəbəkələrinin çəkilişi zamanı istifadə olunan su sayğacları, borular, quyu qapaqları, yanğın hidrantları və digər avadanlıqlar yüksək keyfiyyətə malikdir./Azərtac

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti