Xəzər Xəbər

Sakinlərin nəzərinə: Bakının bu hissəsində 3 gün qaz olmayacaq

Cəmiyyət | 09:56 • 4 Oktyabr 2017
Sakinlərin nəzərinə:

Bu gün Bakının Xəzər rayonunun Binə sovxozu ərazisinin qaz təchizatında məhdudiyyət yaranacaq.

XəzərXəbər "Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, "Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.

"Xəyal Adası” MMC-yə məxsus kompleksin qazlaşdırılması məqsədilə yeni tikilmiş Qaz Paylayıcı Stansiyanın magistral qaz nəqli şəbəkəsinə birləşdirilməsi məqsədilə aparılan təmir işləri ilə bağlı oktyabrın 4-də saat 07:00-dan 3 gün müddətində "Yeni Binə” Qaz Paylayıcı Stansiyasından qaz təchizatı dayandırılacaq. Təmir müddətində Xəzər rayonunun Binə sovxozu ərazisinin qaz təchizatında məhdudiyyət yaranacaq.

Göstərilən müddət ərzində təmir işləri yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcəkdir və yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Xəbər lenti