Xəzər Xəbər

Azərbaycanda dəhşətli statistika: Qadınlar alkoqolikə necə çevrilir?

Cəmiyyət | 17:44 • 3 Oktyabr 2017
Azərbaycanda dəhşətli statistika:

"Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə qeydə alınan şəxslərin sayı artıb. Belə ki, 21909 nəfərdən 863 nəfəri qadın olub.

XəzərXəbər bildirir ki, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində Ümumdünya Alkoqolizmlə Mübarizə gününə həsr edilmiş tədbirində bu haqda məlumat verilib. Aparılmış tədqiqatlar haqda məlumat verilib, bildirilib ki, alkoqolizm hazırda klinik psixologiyaya daxil olan ən mühüm nazoloji vahidlərdən biri kimi təsnif olunub.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada ölüm hadisələrinin təxminən 4%-i bu və ya digər dərəcədə alkoqoldan sui istifadə və bundan əmələ gələn xəstəliklər ilə əlaqəlidir. Hər il dünyada 2,5 mln insan bu səbəbdən həyatını dəyişir, onlardan 320 min nəfəri 15-29 yaşlı şəxslərdir. Ölüm hadisələri və əlilliyə səbəb kimi alkoqoldan sui-istifadə risk faktorları arasında III yer tutur. Ürək-damar xəstəlikləri, sinir sisteminin degenerativ xəstəlikləri, qaraciyər, mədəaltı vəzi və onkoloji xəstəlikləri mütəmadi alkoqol qəbulu ilə sıx statistik əlaqəsi ÜST-nin məlumatları ilə təsdiqlənir.

Alkoqoldan sui istifadə zorakı ölüm və travmatizasiya statistikasına ciddi təsir göstərir. Ailədə zorakılıq, uşaqlara zor tədbiq etmək hallarında alkoqol sərxoşluğunun təsiri çox yüksəkdir.

2010-cu ilin may ayında Cenevrədə keçirilən Beynəlxalq Səhiyyə Assambleyasinda "Alkoqoldan sui istifadə edilməsinin azaldılması strateqiyası” qəbul olunmuşdur. Məsləhət xarakteri daşıyan bu sənədə, ÜST-ə daxil olan 194 ölkənin səhiyyə naziri imzalayıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində "Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə qeydə alınan şəxslərin ümumi sayı 2016-cı ildə 21909 nəfər, onlardan 863 nəfər qadın, olub. 2011- ci ildə analoji göstərici 19765 nəfər, onlardan 857 nəfər qadın, 2008- ci ildə -18298 nəfər, onlardan 836 nəfər, qadın, 2005-ci ildə 18199 nəfər, onlardan 871 nəfər qadın, olub.

Alkoqolizmlə xəstə olanlara xas olan motivasiya xüsusiyyətləri haqqında elmi və nəzəri məlumatların çoxluğu xəstələrdə gedən dəyişiklikləri qabaqcadan anlamaqda, profilaktika tədbirlərini tezləşdirməkdə böyük yardımçı vasitə ola bilər. Qeyd olunub ki, xüsusi maarifçilik işinin aparılması və spirtli içkilər haqqında reklam çarxlarının azaldılması müsbət nəticə verə bilər. Çünki ayrı-ayrı hallarda alkoqolizm məhs psixoloji səbəblərdən ortaya çıxır və dərinləşərək xəstəliyə çevrilir. Bildirilir ki, şəxsin özünü qiymətləndirilməsinin aşağı düşməsi, öz imkanlarına inamın olmaması və s. kimi psixoloji vəziyyətlər bu xəstəliyin inkişafına və dərinləşməsinə gətirib çıxara bilər. Alkoqolizm, cəmiyyətin nüvəsi olan ailəni dağıdır və onun üzvlərini cəmiyyətin yararsız nümayəndələrinə çevirir, boşanmaların sayını artırır və cəmiyətə ciddi zərbə vurur.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti