Xəzər Xəbər

Həftədə cəmi 1 saat ayırın: Böyük bir bəladan qurtulmağın yolu

Cəmiyyət | 16:35 • 3 Oktyabr 2017
Həftədə cəmi 1 saat ayırın:

Payız aylarında daha çox rast gəlinən depressiyadan qurtulmağın yeni yolları tapılıb.

Yeni Cənubi Uels Universitetinin mütəxəssisləri bu istiqamətdə araşdırmanın nəticəsini təqdim ediblər.

Məlum olub ki, yaxşı əhval-ruhiyyəyə sahib olub depressiyadan çıxmaq üçün həftədə cəmi 1 saat kifayətdir. Bu müddətdə fiziki həərkətlər insanı düşdüyü depressiya vəziyyətindən asanlqıla çıxaracaq.

Norveç əhalisi üzərində aparılan araşdırmanın nəticəsinə görə, heş vaxt fiziki hərəkətlər etməyən şəxslər digərlərinə nisbətən depressiyadan 44 faiz çox əziyyət çəkir.

Hələlik bunun səbəbi açıqlanmayıb, ancaq alimlər güman edir ki, idmanda təkcə boloji yox, həm də sosial üstünlüklər var. /cebhe.info

Xəbər lenti