Xəzər Xəbər

Bakı Nəqliyyat Agentliyi yenilənməyən avtobuslarla bağlı ciddi tədbir görəcək - XƏBƏRDARLIQ

Cəmiyyət | 15:45 • 3 Oktyabr 2017
Bakı Nəqliyyat Agentliyi yenilənməyən

Bakı Nəqliyyat Agentliyi (BNA) bəzi marşurutların şəbəkədən uzaqlaşacağını xəbərdar edib.

Bu haqda BNA-nın mətbuat katibi saytımıza açıqlamasında məlumat verib. Öncə kart sisteminə keçiddən danışan M.Ağayev əsas missiyalardan danışıb:

"Kart sisteminə keçidlə bağlı əsas missiya ondan ibarətdir ki, marşrut bazasında olan avtobuslar yenilənməli, texniki baxımdan qoyulan tələblərə cavab verməlidir. Yalnız bu tələblərə cavab verildikdən, avtobuslar yeniləndikdən sonra kart sisteminə keçid təmin olunacaq”.

Avtobusların çirkli, şüşələrin tozanaqlı olması ilə bağlı fikrimizə münasibət bildirən M.Ağayev qeyd edib ki, son 9 ayın statistikasına əsasən bu il 700-ədək nəqliyyat vasitəsi əsaslı təmir olunaraq xəttə buraxılıb:

"Avtobusların təmizliyi ilə yanaşı texniki baxışa cavab verməsi, sürücülərin tibbi yoxlanışdan keçməsi də önəmlidir. BNA-nın yaranmasından öncəki vəziyyətə nəzər yetirək, o zamanlar avtobuslar bərbad vəziyyətdə, hərəsi bir rəngdə idi, müxtəlif reklamlar yapışdırılırdı. Düzdür, hazırda da bəzi problemlər qalmaqdadır. Lakin öncəki illərə baxdıqda son iki ildə müəyyən dəyişikliklər nəzərə çarpır”.

Maraqlıdır, bu gün avtobusların istehsalat bazası hansı səviyyədədir:

"BNA-nın əlində kifayət qədər təsiredici cəzalandırma mexanizmlərinin olmamasına baxmayaraq, daşıyıcılara qarşı qoyduğumuz tələblərin icrasına nail oluruq. İstehsalat bazasının olması ilə bağlı tələblərimizə məcburi şəkildə daşıyıcılar tərəfindən əməl edilir. İstehsalat bazasının olmaması o deməkdir ki, avtobus hər gün nə yuyulur, nə reys qabağı texniki baxışdan keçirilir, yaranan gündəlik problemləri operativ şəkildə aradan qaldırılmır, sürücülər tibbi müayinədən keçirilmir. BNA yarandıqdan sonra aparılan araşdırmalar nəticəsində bəlli olub ki, daşıyıcıların böyük əksəriyyətinin ya istehsalat bazası yox idi, ya da ki, bərbad vəziyyətdə idi. BNA-nın gördüyü tədbirlər nəticəsində daşıyıcıların 25-30 faizi istehsalat bazasını qoyduğumuz tələblərə tam olaraq uyğunlaşdırılıb”.

Qurum rəsmisi bildirib ki, müəyyən müddət keçdikdən sonra bu istiqamətdəki vəziyyət yenidən təhlil olunacaq:

"Müəyyən olunsa ki, hansısa daşıyıcı avtobusun, istehsalat bazasının yenilənməsi istiqamətində iş görməyib, sosial məsuliyyətini dərk etməyərək xidmət keyfiyyətinin artırılması istiqamətində həkətsiz qalıb, bu zaman həmin daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Lakin bu bir gün, bir ayın məsələsi deyil. Daşıyıcının köhnə və yeni olmaısndan asılı olmayaraq əsas məsələ odur ki, keyfiyyətli xidmət göstərilsin. Yeni avtobus ala bilmirsə, o zaman daşıyıcıları əsaslı təmir etdirsinlər”./cebhe.info

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti