Xəzər Xəbər

Bu müəllimlər də diaqnostik qiymətləndirilməyə cəlb olunacaq

Cəmiyyət | 14:41 • 3 Oktyabr 2017
Bu müəllimlər də diaqnostik qiymətləndirilməyə cəlb olunacaq

Azərbaycanda optimallaşdırılması aparılan peşə təhsili müəssisələrində ümumtəhsil fənn müəllimləri və mühəndis pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev deyib.

O bildirib ki, bundan sonra həmin müəssisələr üzrə vakant yerlər elan olunacaq və müəllimlərin işə qəbulu aparılacaq:

Agentlik direktoru qeyd edib ki, bütün təhsil müəssisələrində çalışan müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən mərkəzləşdiirlmiş müsabiqə həyata keçirilir.

F.Mustafayevin sözlərinə görə, artıq imtahanlardan keçmiş ümumtəhsil fənn müəllimlərinin peşə təhsili müəssisələrində yerləşdirilməsi ilə bağlı elan verilib:

F.Mustafayev deyib ki, optimallaşdırma aparılmayan müəssisələrdə çatışmayan müəllimlərin, kadrların yerləşdirilməsi cari məsələlərdir:

"Bakıda demək olar ki, optimallaşma prosesi bu gün davam edir. Nəticədə müəssisələr birləşir və yaxın gələcəkdə mühəndis pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi nəzərdə tutulub. Bundan sonra Bakı şəhərində optimallaşdırılmış müəssisələrdə mövcud olan kadrlara tələbat müəyyənləşəcək”.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
517 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti