Nar qabıqlarını 10 dəqiqə qaynadıb içsəniz...
– İNANILMAZ FAYDALARI
Nar payız və qış mövsümünün ən faydalı meyvələrindən biridir. Potasium,
dəmir və C vitamini ilə zəngin olan narın tərkibində eyni zamanda, B1,
B2 vitaminləri, kalsium və fosfor var. İmmuniteti gücləndirərək başda
xərçəng olmaqla, bir çox xəstəlikdən qoruyur.
XəzərXəbər lent.az-a istinadən məlumatına görə narın və qabığının möcüzəvi faydaları aşağıdakılardır:
- Diş əti iltihablarına faydalıdır.
- Yüksək təzyiqi aşağı salır.
- Bədən müqavimətini artırır və enerji verir.
- Yorğunluğu yox edir.
- Sidik sökdürücü təsiri ilə toksin atılmasına kömək edər.
- İmmuniteti gücləndirir.
- Bağırsaq parazitlərinin düşmənidir. Yaxşı bakteriyaların artmasına kömək edər.
- Dərinizin qüsursuz görünməsinə kömək edər.
- Böyrək iltihablarının yox olmasına kömək edir.
- Qandakı xolesterol nisbətini aşağı salır.
- Nar suyu damar sağlığını, ürəyi qoruyur.
Tək dənələri deyil, qabığı da faydalıdır.
Narın tək dənələrində yox, qabığının tərkibində də faydalı vitaminlər
var. Çində aparılan araşdırma nar qabığının suyundan daha faydalı
olduğunu ortaya çıxarıb. Nar qabığı tərkibindəki ellajik asit sayəsində
başda döş xərçəngi olmaqla, bütün xərçəng növlərinə həm sağaldıcı, həm
də əngəlləyici təsir göstərir.
- Nar qabığı xolesterolu azaldır, beta hüceyrələrini artıraraq şəkər, ürək-damar xəstələrinə daha çox fayda göstərir.
- Pankreas, qida borusu, dəri, bağırsaq, prostat, döş xərçənglərində əks təsir yaradır.
- Nar qabıqları ürək üçün çox faydalıdır - ürək əzələsini qoruyur, damarları möhkəmləndirir və təmizləyir.
- Nar qabıqları ishal zamanı çox yaxşı kömək edir - bağırsaqları
"yığır", iltihabı azaldır. Bu dəmləməni uşaqlara da vermək olar.
- Ağız boşluğunda istənilən iltihab, yara və s. zamanı nar qabıqlarının
dəmləməsi çox yaxşı kömək edir. Damaqları möhkəmləndirir, qanamasını
azaldır. Dəmləmə ilə ağzınızı gün ərzində bir neçə dəfə qarqara edin.
Dişdə iltihab zamanı, dişin çəkilməsindən sonra nar qabıqlarının
dəmləməsinə 1 çay qaşığı duz əlavə edin və qarqara edin və ya dəmləməni
ağzınıza alın və bir neçə dəqiqə ərzində xəstə və ya çəkilmiş diş olan
tərəfdə saxlayın.
- Nar qabıqlarının dəmləməsi qurdqovucu təsirə malikdir.
- Bu dəmləmə öskürək zamanı da yaxşı kömək edir. Onu 1/3 stəkan olmaqla gün ərzində 3 dəfə ilıq şəkildə için.
- Nar qabıqlarının dəmləməsi qastrit və mədə xorası zamanı da müalicəvi
təsir edir - iltihabı azaldır, xora və eroziyaların sağalmasını
tezləşdirir.
Nar qabığını qurudun. 100 qram qaynamış suya 2 qram nar qabığı ataraq 10
dəqiqə qaynadın. Bu suyu hər gün çay olaraq için. Başda xərçəng, ürək
və şəkər xəstəlikləri olmaqla, bir çox xəstəlikdən qorunmuş olacaqsınız.
Odur ki, bundan sonra nar yedikdə qabıqlarını qətiyyən atmayın.