Bu gün Bakıda və Abşeron
yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı
gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən
XəzərXəbər-ə verilən məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 12-14, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə
sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil
edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 03-də arabir yağış yağacağı, bəzi
yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə sulu qar,
qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir
güclənəcək.
Havanın temperaturunun gecə 8-13, gündüz 13-16, dağlarda gecə 2-5,
gündüz 5-9 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta,
gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 05-dək Abşeron yarımadasında təmiz və oksigenlə zəngin hava şəraiti müsbət amil olsa da, arabir güclənən xəzri küləyi və yağışlı hava bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.