Xəzər Xəbər

Bu günün havasından xəbəriniz olsun leysan, qar gözlənilir

Cəmiyyət | 09:33 • 2 Oktyabr 2017
Bu günün havasından xəbəriniz olsun

Bu gün Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 14-16° isti, gündüz 16-18° isti, Bakıda gecə 14-16°, gündüz 16-18° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % olacaq.

Azərbaycanın rayonlarına oktyabrın 2-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 15-19° isti, dağlarda gecə 2-5°, gündüz 6-9° isti olacağı gözlənilir.

Xəbər lenti