Xəzər Xəbər

Ən az sərnişin daxil olan stansiyanın adı AÇIQLANDI

Cəmiyyət | 14:50 • 29 Sentyabr 2017
Ən az sərnişin daxil olan stansiyanın adı

"Bakı Metropoliteni” QSC ən çox və ən az sərnişinin daxil olduğu stansiyaların adlarını açıqlayıb.

XəzərXəbər xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a bildirib ki, gün ərzində metro ilə 700 mindən çox sərnişin daşınır: "Sentyabrın 25-də aparılmış müşahidələrə əsasən məlum olub ki, ən az sərnişinin gedişhaqqı ödəyərək daxil olduğu stansiya "Bakmil" olub: "Həmin gün stansiyaya 948 nəfər daxil olub. Ən çox sərnişin isə "28 May"stansiyasında müşahidə olunub. Stansiyaya bir gün ərzində 77 292 nəfər daxil olub”.

O qeyd edib ki, ən az sərnişinin daxil olduğu stansiyalardan biri də "Ulduz”dur: "Gün ərzində stansiyadan 7555 sərnişin istifadə edib”.

Xəbər lenti