Xəzər Xəbər

Bakıda yeni dayanacaq pavilyonları quraşdırılacaq

Cəmiyyət | 14:20 • 29 Sentyabr 2017
Bakıda yeni dayanacaq pavilyonları quraşdırılacaq

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda iri və orta dayanacaq pavilyonlarının quraşdırılmasına 5 mln. 765,919 min manat yönəltməyi planlaşdırır.

İri dayanacaq pavilyonlarının quraşdırılmasının təşkili ilə "SAR Qrup" MMC məşğul olacaq. Bununla bağlı tərəflər arasında müvafiq müqavilə imzalanıb. Müqavilənin dəyəri 3 mln. 49,71 min manatdır.

Bundan əlavə, orta dayanacaq pavilyonlarının quraşdırılmasını da "SAR Qrup" həyata keçirəcək. BNA ilə "SAR Qrup" arasında imzalanan müqavilənin dəyəri 2 mln. 518,71 min manat təşkil edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti