Xəzər Xəbər

Hidrometeoroloqlardan və həkimlərdən XƏBƏRDARLIQ

Cəmiyyət | 17:36 • 28 Sentyabr 2017
Hidrometeoroloqlardan və həkimlərdən

"Azərbaycanda qeyri-sabit hava şəraiti sentyabr ayının axırına kimi davam edəcək”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, ölkə ərazisində arabir yağış yağacağı gözlənilir: "Müxtəlif yerlərdə yağış intensiv olacaq. Havanın temperaturu günorta saatlarında 17-22, dağlıq ərazilərdə isə 10-15 dərəcə arasında dəyişəcək”.

Növbəti günlərdə Bakının hava şəraitinə gəlincə G.Məmmədova vurğulayıb ki, paytaxtda yağan intensiv yağışlar növbəti günlərdə zəifləyəcək: "Paytaxtda fasilələrlə yağış yağacaq. Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək”.

Belə hava şəraitində isə həkimlər diqqətli olmağı məsləhət görürlər.

Payız və qış aylarının soyuq günlərində xəstəliklərdən qorunmaq üçün xüsusilə C vitamini ilə zəngin qidalara önəm vermək lazımdır. Bununla yanaşı digər vitaminləri də qəbul etmək vacibdir.

Bu barədə danışan Neftçilər Xəstəxanasının şöbə müdiri Ədalət Abdullayev xüsusi risk qrupuna daxil olan insanların ildə bir dəfə qrip əleyhinə peyvənd olunmasını məsləhət görür.

Şöbə müdiri immun sisteminin gücləndirilməsi üçün qida rasionuna da fikir verilməli olduğunu deyir.

"Havalar soyuduqda immunitet aşağı düşür, eləcə də, viruslar var ki, mənfi dərəcədə aktivləşirlər. Daha doğrusu soyuq havada onların çoxalması müşahidə edilir. Belə vaxtı insanlar özlərini qorumaq üçün müəyyən tədbirlər görməlidirlər. Müqavimətin qaldırılması məqsədilə meyvə - tərəvəzlərdən daha çox istifadə edilməlidir. Soyuqdan qorunmaq üçün qalın paltarlar geyinilməlidir”./oxu.az

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti