Xəzər Xəbər

Ölkədə qrip yayılıb Baş pediatr valideynləri GÜNAHLANDIRDI

Cəmiyyət | 14:01 • 28 Sentyabr 2017
Ölkədə qrip yayılıb

Hazırda ölkədə azyaşlılar arasında qrip mənşəli viruslara yoluxma hallarında artım müşahidə olunur. Bəzilərinin etinasız yanaşdığı qrip virusu əslində bir çox xəstəliklərin başlanğıcına rəvac verir. Müşahidə olunan xəstəlik yüksək hərarət, bəlğəmli öskürək, ishal və qusma kimi əlamətlərlə özünü biruzə verir.

Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev Modern.az-a açıqlamasında xəstəliyin mövsüm dəyişikliyi ilə bağlı olduğunu deyib:

"Havaların kəskin dəyişməsilə xəstəlik müşahidə edilə bilər. Təəssüf ki, iqlim kəskin dəyişsə də, bəziləri geyimlərini dəyişməyiblər. Bəzi hallarda validyenlər uşaqlara qarşı diqqətsiz olurlar. Onları havaya uyğun geyindirmirlər. Belə olan halda uşaqlarda soyuqdəymə xəstəlikləri müşahidə olunur. Havanın temperaturunun azalması ilə bədəndə soyuma olanda bir qisim virus və bakteriyalar baş qaldırır. Bu da azyaşlıların xəstələnməsi, yaxud kəskin respirator virus, angena kimi özünü biruzə verir. Bu da payız-qış mövsümü üçün xarakterikdir”.

Baş pediatr bildirib ki, azyaşlıların il ərzində ən azı 2 dəfə qripə yoluxması normal qarşılanmalıdır:

"Bir az obrazlı desək, ildə iki dəfə qrip olmaq uşaqların haqqıdır. Bu dünya praktikasında belədir”.

N.Quliyev digər səbəb kimi uşaq kollektivlərinin fəaliyyətə başlamasını göstərib:

"Xəstəliyin artması həm iqlimin dəyişməsi, havaların soyuması ilə, həm də sentyabrdan başlayaraq uşaq kollektivlərinin yenidən fəaliyyəti ilə bağlıdır. Uzun müddət aradan sonra uşaqların kollektivlərdə toplaşması da xəstəliklərin artmasını şərtləndirən amildir.Bu vaxt xəstə uşağın digər uşaqları yoluxdurma ehtimalı artır”.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti