Xəzər Xəbər

Bakı yollarında GİZLİ TƏHLÜKƏ Diqqətli OLUN!

Cəmiyyət | 17:59 • 27 Sentyabr 2017
Bakı yollarında GİZLİ TƏHLÜKƏ

"Bakıda hələ ki gur yağıntı yoxdur, əksər yerlərdə sadəcə yolun səthi islanıb. Bu vəziyyət çox ciddi bir təhlükəni gizlədir".

XəzərXəbər xəbər verir ki, Bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, uzun müddət quraqlıqdan sonra belə çiskin asfalt üstündəki tozu isladır və çox sürüşkən bir təbəqə əmələ gəlir: "Bu təbəqənin sürüşkənliyi bəzən qardakı kimi ola bilər. Nə qədər ki, gur yağıb o sürüşkən təbəqəni yoldan yumayıb, diqqətli olub, sərt manevr edilməməlidir. Həmçinin sürəti aşağı salmaq, ara məsafəsini bir az da artırmaq lazımdır”.

Ekspert bildirib ki, bu gün günorta saatlarında təxminən 1 saat müddətində şəhərin küçələri ilə hərəkət edərkən 4 yol-nəqliyyat hadisəsinin şahidi olub: "Onların ikisi Ziya Bünyadov prospektində idi. Şükür ki, hamısı sadəcə maddi ziyanlı qəzalar idi. Avtomobil qəzalarının dördündə də avtomobillər arxadan vurulmuşdu”.

Xəbər lenti