Xəzər Xəbər

DİQQƏT! Tamaşaçıların daşınmasına başlanıldı

Cəmiyyət | 17:39 • 27 Sentyabr 2017
DİQQƏT!

Bu gün saat 20:00-da UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ”–"Roma” görüşünü izləyəcək biletli tamaşaçıların xüsusi ekspress xətt avtobusları vasitəsilə Bakı Olimpiya Stadionuna daşınmasına başlanılıb.

Bu barədə AZƏRTAC-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd edək ki, saat 16:30-dan etibarən biletli tamaşaçıların metronun "Qara Qarayev” stansiyasının qarşısından X1 Express xətti və metronun "Gənclik” stansiyasının qarşısından X2 Express xətti üzrə Bakı Olimpiya Stadionuna daşınması həyata keçirilir. Oyun bitdikdən sonra tamaşaçılar ekspress xətt avtobuslarla "Qara Qarayev” və "Gənclik” metro stansiyalarına geri daşınacaq.

Xəbər lenti