Xəzər Xəbər

Qanunsuz abort etməyə görə yeni cəza növü tətbiq ediləcək

Cəmiyyət | 15:56 • 27 Sentyabr 2017
Qanunsuz abort etməyə görə yeni cəza növü tətbiq ediləcək

Azərbaycanda qanunsuz abort etməyə görə yeni cəza növü tətbiq ediləcək.

"Report”un xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 196.3-cü (Qanunsuz abort etmə) maddəsinə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda və xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməklə zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Dəyişikliklə yeni cəza növü olaraq, maddənin sanksiyasına 2 ilədək azadlığın məhdudlaşdırılması əlavə olunur.

Xəbər lenti