Xəzər Xəbər

Soyuq və yağıntılı hava nə vaxtadək davam edəcək? Rəsmi AÇIQLAMA

Cəmiyyət | 13:03 • 27 Sentyabr 2017
Soyuq və yağıntılı hava nə vaxtadək davam edəcək?

Havanın qeyri-sabit, yağıntılı və soyuq keçməsi əhali arasında qışın vaxtından tez gələcəyi, soyuqların tez düşəcəyi barədə fikirlər yaradıb. Hətta bu hava şəraitinin payız fəsli üçün xarakterik olmadığını söyləyənlər də var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında mövcud hava şəraitinin sentyabr ayı üçün xarakterik olduğunu söyləyir. Onun sözlərinə görə, hər il sentyabr ayının birinci və ikinci ongünlükləri isti keçsə də, üçüncü ongünlükdən hava soyuyur: "Bu havada qeyri-adi heç nə yoxdur. Hazırda müşahidə olunan hava şəraiti tam payız fəsli üçün xarakterikdir. Əvvəlki illərdə də, sentyabr ayında belə hava şəraiti qeydə alınıb. Havanın kəskin dəyişməsi ölkəmizə şimal-qərbdən soyuq hava kütlələrinin hərəkət etməsi nəticəsində baş verib. Sentyabr ayının sonunadək ölkəmizdə qeyri-sabit hava şərati davam edəcək. Yağış yağacaq, leysan xarakter alacaq, havanın temperaturu 5-8 dərəcə enəcək. Yüksək dağlıq ərazilərdə yağış sulu qara keçəcək".

Xəbər lenti