Xəzər Xəbər

Azərbaycanda 3 aylıq körpə üzərində nadir əməliyyat keçirilib

Cəmiyyət | 11:23 • 25 Sentyabr 2017
Azərbaycanda 3 aylıq körpə üzərində nadir əməliyyat keçirilib

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 3 aylıq körpə nadir əməliyyat olunub.

ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, 3 aylıqƏlizadə Rəsul Akif oğlu sentyabrın ortalarında Tədris Cərrahiyyə Klinikasına daxil olub.

Hirşprunq diaqnozu qoyulan bu körpədə bağırsaq keçirməzliyi əlamətləri olub. Valideynləri bildirib ki, bundan əvvəl bir neçə klinikaya müraciət etsələr də, orada təklif olunan müalicə və üçmərhələli əməliyyat üsulu ilə razılaşmayıblar.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsinin müdiri Ramiz Poluxovun sözlərinə görə, klinikada diaqnoz təsdiqlənib: "Lakin biz yüksək ixtisaslaşmış anestezioloji-reanimatoloji xidmətləri nəzərə alaraq, xəstənin bir mərhələli - transanal yolla yoğun bağırsağın rezeksiyası- koloanal anastomozun qoyulması əməliyyatını təklif etdik. Beləliklə, sentyabrın 15-də R.Əlizadə əməliyyat olundu. Əməliyyatdan bir sutka sonra xəstə qidalandırılmağa başlanıldı. Artıq yeddinci sutkada xəstə kafi vəziyyətdə evə ambulator müalicəyə göndərildi”.

Cərrah R.Poluxov qeyd edib ki,bu əməliyyat ən müasir əməliyyatlardan sayılır. Xəstəyə koloanal anastomoz qoyulur. Bu zaman qarının ön divarında heç bir kəsik aparılmadığına görə kosmetik defekt yaratmır.

Xəbər lenti