Xəzər Xəbər

Hər həftə 150 dəqiqə bunu ETSƏNİZ... Alimlərdən VACİB XƏBƏRDARLIQ

Cəmiyyət | 13:56 • 22 Sentyabr 2017
Hər həftə 150 dəqiqə bunu ETSƏNİZ...

Kanadanın Makmaster Universitetindən olan alimlər aydınlaşdırdılar ki, həftənin 5 günü 30 dəqiqəlik fiziki fəallıq ürək-damar xəstəliklərindən və başqa səbəblərdən olan ölüm riskini azaldır və həyatı uzadır.

Mütəxəssislərin məqaləsi The Lancet jurnalında dərc edilib.

Genişmiqyaslı tədqiqatda 17 ölkədən 130 min insan iştirak edib. Tədqiqatın gedişatında könüllülərin həftə ərzində neçə saat fiziki işlərlə məşğul olduqları qeydə alınıb. Alimlər 7 il ərzində iştirakçıların sağlamlıq vəziyyətini izləyərək, onların xəstələnmələrinin və ölüm faizinin səviyyəsini qeydə alıblar.

Məlum olub ki, həftədə 750 dəqiqədən çox sürətli yeriyən insanlarda vaxtından əvvəl ölüm riski 36 faiz azalır. Alimlərin sözlərinə görə, qaçışla məşğul olmaq şərt deyil, üzgüçülük və ya idman zalına getmək, ev yığışdırmaq, yaxud işə piyada getmək də kifayətdir. Əgər hər kəs bu tövsiyələri yerinə yetirərsə, o zaman hər 7 ildə ölümün qarşısını 8 faiz almaq olar.

Ümumdünya Səhiyyə Təşkilatı da 18-64 yaş arası insanlara hər həftə ən azı 150 dəqiqə fiziki fəal olmağı məsləhət görür./publika.az

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti