Xəzər Xəbər

Az və ya çox yaşayacağınızı təyin edin SADƏ TEST

Cəmiyyət | 10:21 • 22 Sentyabr 2017
Az və ya çox yaşayacağınızı təyin edin

Lester Universiteti (Böyük Britaniya) alimləri sübut edirlər ki, insanın yerişinin sürətindən ürək və damar xəstəliklərinin riskini təyin etmək olar.

XəzərXəbər big.az-a istinadən bildirir ki, araşdırmalar göstərib ki, asta-asta gəzən orta yaşlı insanlarda tez tempdə gəzən insanlarla müqayisədə ürək-damar sistemi xəstəliklərinin inkişafı riski artmış olur.

Zee News xəbər verir ki, mütəxəssislər 6 il ərzində 420 727 orta yaşlı insana nəzarət edirdi. Məlum olub ki, asta-asta yeriyən qadın və kişilər ürək xəstəliklərindən daha tez-tez ölürdü.

Alimlərin fikrinə görə, yerişin sürəti insanın ümumi fiziki forma və fiziki davamlılıqla sıx əlaqəlidir. Bu göstərici isə ürəyin fəaliyyətindən xəbər verir.

Xəbər lenti